Sakinlərlə keçirilən səyyar görüş onlara göstərilən diqqət və qayğının göstəricisidir » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Sakinlərlə keçirilən səyyar görüş onlara göstərilən diqqət və qayğının göstəricisidir

Sakinlərlə keçirilən səyyar görüş onlara göstərilən diqqət və qayğının göstəricisidir
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkir. Mütəmadi olaraq kəndlərdə olur, kənd camaatı ilə səyyar görüşlər keçirir, onları narahat edən məsələlərlə maraqlanır və həlli istiqamətində tapşırıqlar verir.

Bu gün rayon rəhbəri tərəfindən keçirilən növbəti səyyar görüş Canalı kəndinin sakinləri ilə olub. Hər görüşdə olduğu kimi, bu gün də kənd sakinləri rayon rəhbərini böyük səmimiyyətlə qarşılayıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, bu il proqrama uyğun olaraq birinci dəfədir ki, sizinlə belə səyyar görüşümüz keçirilir. Görüşümüzün məqsədi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.

İcra Başçısı qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili bu gün Qazaxda ön plana çəkilir. Fəaliyyətə başladığım ilk gündən mən hər zaman rayon sakinlərinin qayğıları ilə yaxından tanış olmağı, sizi narahat edən məsələləri öz dilinizdən eşitməyi qarşıma məqsəd qoymuşam. Bununla əlaqədar rəsmi qəbul günündən başqa fərdi qəbullar keçirir, tez-tez sizin görüşünüzə də gəlirəm.

Qazaxda son 2 il ərzində bütün sahələrin inkişaf etdiyini, uğurlu göstəricilərin əldə edildiyini bildirən rayon rəhbəri Ölkə Başçısının apardığı quruculuq siyasətinin rayonumuzda olduğu kimi həyata keçirildiyini qeyd edib. “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq rayonda genişmiqyaslı quruculuq işlərinin aparılmasını, sosial obyektlərin istifadəyə verilməsini, yeni iş yerlərinin yaradılmasını bunun əyani sübutu kimi qiymətləndirib.
Sakinlərlə keçirilən səyyar görüş onlara göstərilən diqqət və qayğının göstəricisidir
Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. “Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, “Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində “İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda işlər sürətlə davam etdirilir. “Carçıoğlu GROUP” MMC tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb, avadanlıqların quraşdırılması işləri aparılır. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında, eləcə də digər sosialyönümlü obyektlərdə əsas işlərin xeyli hissəsi görülüb.

Sürətlə davam etdirilən abadlıq işlərindən biri də rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Son iki ildə rayonun Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış bu problemin öz müsbət həllini tapması bunun ən bariz nümunəsidir. Prezident İlham Əliyevin Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli sərancamı da bu inkişafın davamı olaraq rayonumuzda yeni asfalt yolların çəkilməsinə böyük təkan verəcəkdir.

Rayonda azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri bu sahədə məqsədyönlü işlərin həyata keçirildiyini bildirib. Yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan ən uğurlu addımlardan biri olduğunu qeyd edib.

Şəhər bağçalarından 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsini, 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunmasını, Daş Salahlı və Kosalar kəndlərində 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasını bu sahədə olan inkişafın ən bariz nümunəsi kimi qiymətləndirib. Şəhərdə daha bir bağçanın - 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasını bildirib.

Rayon rəhbəri bağçalarda körpələrin keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasından, sağlamlıqlarının yoxlanılması üçün tibb işçilərindən ibarət həkim briqadalarının yaradılmasından və bütün bağçalarda mütəmadi olaraq uşaqların yoxlanılmasından da söz açaraq bu sahəyə daim diqqət göstərilməsindən danışıb.

İcra Başçısı Rəcəb Babaşov digər kəndlər kimi, Canalı kəndində də işlər görüldüyünü, qaz, işıq, su, telefon, digər məişət və sosial məsələlərin öz müsbət həllini tapdığını qeyd edb.

İcra Başçısı qeyd edib ki, rayonda kənd təsərrüfatının və heyvandarlığın inkişaf etdirilməsi kənd sakinlərinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət göstərir. Kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq ötən il bu sahədə yüksək göstəricilərin əldə edildiyini bildirib və bu il Qazax rayonunda əkin sahələrinin 12 mindən 21 min hektara çatdırıldığını qeyd edib.

Rayon rəhbəri rayonumuzda gənc və yeniyetmələrin vətənpərvər ruhda tərbiyə olunması üçün həyata keçirilən məqsədyönlü tədbirlərdən də söz açıb. Qeyd edib ki, ötən ilin noyabr ayında “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” və bu il iyunun 13-də “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən kütləvi vətənpərvərlik tədbirləri bu istiqamətdə atılan ən mühüm addımlardır.

Sonra bugünkü görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir - deyə müraciət edən İcra Başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.

Kənd sakinlərindən Aişə Sarıyeva, Alov Alməmmədov və məktəbin tarix müəllimi Sabir Salıfov çıxış edərək rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil sahəsinə, xüsusilə də müəllimlərə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşlar tərəfindən səsləndirilən fikirləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verib.

Görüş başa çatdıqdan sonra rayon rəhbəri Canalı kənd tibb məntəqəsi və kənd kitabxana filialında olub, mövcud şəraitlə maraqlanıb. Göstərilən xidmətlər barədə öyrənib.

Daha sonra İcra Başçısı Canalı kənd uşaq bağçasına baş çəkib. Körpələrə göstərilən diqqət və qayğı ilə tanış olub. Ərzaq təminatı və körpələrin tibbi müayinədən keçmələri ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, körpələrin keyfiyyətli ərzaq təminatı ilə təmin olunmasında heç bir problem yoxdur.

Sakinlərlə keçirilən səyyar görüş onlara göstərilən diqqət və qayğının göstəricisidir
Sakinlərlə keçirilən səyyar görüş onlara göstərilən diqqət və qayğının göstəricisidir
Sakinlərlə keçirilən səyyar görüş onlara göstərilən diqqət və qayğının göstəricisidir
Sakinlərlə keçirilən səyyar görüş onlara göstərilən diqqət və qayğının göstəricisidir
Sakinlərlə keçirilən səyyar görüş onlara göstərilən diqqət və qayğının göstəricisidir
Sakinlərlə keçirilən səyyar görüş onlara göstərilən diqqət və qayğının göstəricisidir
Sakinlərlə keçirilən səyyar görüş onlara göstərilən diqqət və qayğının göstəricisidir
Sakinlərlə keçirilən səyyar görüş onlara göstərilən diqqət və qayğının göstəricisidir
Sakinlərlə keçirilən səyyar görüş onlara göstərilən diqqət və qayğının göstəricisidir
Sakinlərlə keçirilən səyyar görüş onlara göstərilən diqqət və qayğının göstəricisidir
Sakinlərlə keçirilən səyyar görüş onlara göstərilən diqqət və qayğının göstəricisidir
GOYEZEN.AZ


Facebook-da paylaş