Vətəndaşlar müraciətlərinə əsasən qəbul edilib » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar müraciətlərinə əsasən qəbul edilib

Vətəndaşlar müraciətlərinə əsasən qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini müraciətlərinə əsasən qəbul edib.

Ə.Qədirov küçəsində binada yaşayan sakinlər içməli su probleminin olmasını bildiriblər.

Vətəndaşları diqqətlə dinləyən rayon rəhbəri məsələnin araşdırılması və köklü şəkildə həll olunması ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə konkret tapşırıq verib.

Sakinlərdən Fatma Əliyeva, Aygün Mustafayeva, Səfurə Mancanova, Ruhizər Rzayeva müraciətlərinə dərhal münasibət göstərdiyinə, onları qəbul etdiyinə və məsələnin həll olunması üçün tapşırıq verdiyinə görə İcra Başçısına öz dərin minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ


Facebook-da paylaş