• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkərək vətəndaşları rəsmi qəbul günlərindən başqa, digər günlərdə də fərdi şəkildə qəbul edir, onların müraciətlərini diqqətlə dinlədikdən sonra müvafiq tapşırıqlar verir.

Bu gün də rayon rəhbəri bir qrup vətəndaşı ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.

Çaylı kənd sakini Göşşüyeva Aynur Rafiq qızı işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı rayon rəhbərinə müraciət edib. Vətəndaş diqqətlə dinlənildikdən sonra ona dövlət qulluğuna imtahan verməsi tövsiyə olunub və sənədlərini təqdim etməsi bildirilib.

Aşağı Əskipara kənd sakini Əkbərli Xalid Türmən oğlunun torpaq məsələsi ilə bağlı müraciətinə isə məsələnin araşdırılaraq yenidən baxılacağı barədə məlumat verilib.

Ağköynək kənd sakini, Qarabağ müharibəsi veteranı Musayev Ələddin Şərəfəddin oğlu da işlə təmin olunmasına köməklik göstərilməsini xahiş edib. Vətəndaşa səhhətində yaranmış xəstəliyi nəzərə alaraq ona uyğun boş iş yeri yaranan zaman məlumat veriləcəyi çatdırılıb.

Şəhər sakini Nəsibov Emil Qələndər oğlunun işlə təmin olunması ilə bağlı müraciətinə növbəti dəfə qəbula yazılması bildirilib.

Çaylı kənd sakini Mirzəyevə İlhamə Nurəddin qızının işlə bağlı müraciətinə cavab olaraq kənddə bağça açılan zaman ailə vəziyyətini nəzərə alaraq müvafiq işlə təmin ediləcəyi bildirilib.

Xanlıqlar kənd sakini Əşrəfov Sədrəddin Zirəddin oğlu və Ağköynək kənd sakini İsgəndərov Elşan Ayvaz oğlunun müxtəlif mövzuda olan müraciətləri müvafiq olaraq cavablandırılıb.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ


Facebook-da paylaş