Məcburi köçkünlər minnətdarlıq ediblər » Göyəzən internet portalı


Məcburi köçkünlər minnətdarlıq ediblər

Məcburi köçkünlər minnətdarlıq ediblər
Qazax rayonunda aparılan tikinti-quruculuq işləri geniş vüsət almışdır. Təmir və bərpa işləri görülən bir çox binalarda artıq işlər başa çatdırılmış, vaxtilə baxımsızlıq nəticəsində yararsız hala düşmüş yaşayış binaları əsaslı təmirdən sonra öz simasını tamamilə dəyişmişdir. Respublika Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarını Qazaxda layiqincə həyata keçirən Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə kəndlər, eləcə də rayon mərkəzi yeni bir görkəm alır. Qazax respublikamızın ən abad, ən inkişaf etmiş rayonlarından birinə çevrilir.

Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən İcra Başçısı mütəmadi olaraq əhali ilə səyyar görüşlər keçirir, sakinləri diqqətlə dinləyərək onların müraciətlərinin həll olunması üçün konkret tapşırıqlar verir. Əhali tərəfindən rəğbətlə qarşılanan bu görüşlər böyük səmərə verir, rayon rəhbərliyi ilə camaat arasında inam və qarşılıqlı səmimiyyət yaradır. Səyyar görüşlər bu il də davam etdirilir.

Bu gün rayon rəhbərliyi məcburi köçkünlərin məskunlaşdığı “Göy bina” deyilən yaşayış massivinə gəlib. Burada sakinlər İcra Başçısını böyük səmimiyyətlə qarşıladılar. Buradakı çoxmərtəbəli binalarda əsaslı təmir işləri görülmüş, binalar demək olar ki, başdan-başa yenidən qurulmuşdur. Binaların tavanı, döşəməsi, pəncərələri, qapıları yenilənmiş, blok və pilləkənləri təmir olunmuşdur. Bir sözlə, bina öz görkəmini köklü şəkildə tamamilə dəyişmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri səmimi salamladıqdan sonra bildirdi ki, bu gün cənab Prezident tərəfindən ölkəmizdə aparılan siyasət xalqımızın xoş, firavan yaşamasına xidmət göstərir. Ona görə də respublikamızın hər yerində, eləcə də Qazax rayonunda genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir.

İcra Başçısı rayonumuzda həyata keçirilən tikinti-quruculuq işləri barədə danışaraq qeyd edib ki, qısa bir vaxt ərzində burada vaxtilə olan çatışmazlıqlar aradan qaldırılıb, problemlər öz həllini tapıb.

Bildirib ki, fəaliyyətə başladığım ilk gündən məcburi köçkünləri həmişə diqqət mərkəzində saxlamışam. Sizlərə daima qayğı ilə yanaşmışam. Mən həmişə sizin yanınızda olmuşam və bu gün də sizinləyəm. Siz, bundan da gözəl şəraitdə yaşamağa layiqsiniz.

Görüşə toplaşan sakinlərin ürəkləri dolu idi. Hər bir adam İcra Başçısına ürəkdolusu minnətdarlıq edib, rayon rəhbərliyinə öz səmimi təşəkkürlərini çatdırıblar.

Bağanıs Ayrım kənd sakinlərindən Müşkünaz Aslanova, Xətayə İmanquluyeva, Nəcibə Adıgözəlova, Cavanşir Əliyev və başqaları söz alaraq yaşadıqları binaların yüksək səviyyədə təmir olunmasına və onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, “90-cı illərin əvvələrindən burada yaşadıqlarına baxmayaraq heç bir təmir işləri aparılmamış, bina yararsız hala düşmüşdü. Çox sağ olun ki, şəhərdəki başqa binalar kimi bizim binanın da təmir olunması barədə göstəriş verdiniz və biz bu gün sanki yeni bir binada yaşayırıq. Hər tərəf yenilənib, bina başdan-başa yenidən qurulub. Bizə bu sevinci bəxş etdiyinizə görə çox sağ olun”.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinlərin minnətdarlıq dolu çıxışlarını səmimi sözlərlə cavablandırıb. Bildirib ki, siz bundan da gözəl şəraitdə yaşamağa layiqsiniz.

Elçin İSMAYIL

Məcburi köçkünlər minnətdarlıq ediblər
Məcburi köçkünlər minnətdarlıq ediblər
Məcburi köçkünlər minnətdarlıq ediblər
Məcburi köçkünlər minnətdarlıq ediblər
Məcburi köçkünlər minnətdarlıq ediblər
Məcburi köçkünlər minnətdarlıq ediblər
Məcburi köçkünlər minnətdarlıq ediblər
Məcburi köçkünlər minnətdarlıq ediblər
Məcburi köçkünlər minnətdarlıq ediblər
Məcburi köçkünlər minnətdarlıq ediblər
Məcburi köçkünlər minnətdarlıq ediblər


Facebook-da paylaş