Vətəndaş minnətdarlıq edir
Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəsmi qəbul günündən başqa mütəmadi olaraq şəhərdə, eləcə də kəndlərdə sakinlərlə səyyar görüşlər keçirir, vətəndaşların müraciətlərini yerində dinləyərək qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır. İcra Başçısının sakinlərlə keçirdiyi görüşlər artıq bir ənənə şəklini alıb. Rayon rəhbərliyi eyni zamanda görüşlərlə kifayətlənmir. Rəsmi qəbul günlərindən başqa fərdi qəbullar da keçirir, rayon sakinlərinin müraciətlərinə əsasən tapşırıq və göstərişlər verir.
Məhz bunun nəticəsidir ki, hər bir rayon sakini İcra Başçısına olan öz ürək sözlərini rayon rəhbərliyinin adına ünvanlanmış təşəkkür məktublarında da bildirirlər. Vətəndaşlara diqqət və qayğı ilə yanaşan rayon rəhbərinə görüdüyü genişmiqyaslı işlərə görə minnətdarlıqlarını böyük sevinc hissi və səmimiyyətlə ifadə edirlər.
Bu da səbəbsiz deyil. İllərlə problemləri həll olunmayan vətəndaşların rayon rəhbərinə etdikləri müraciətlər qısa müddətdə öz həllini tapır, rayon sakinlərinin arzu və istəkləri həyata keçir. Vaxtilə şikayət məktubları yazan insanlar indi yalnız minnətdarlıq məktubları yazır, öz təşəkkürlərini bildirirlər. Ona görə də istər İcra Hakimiyyətinə, istərsə də yuxarı orqanlara göndərilən minnətdarlıq məktublarının sayı gündən-günə artır.
Növbəti belə təşəkkür məktubundan birini də Aşağı Əskipara kənd sakini, Qarabağ qazisi Rzayev Zaur Xeybər oğlu ünvanlayıb. Vətəndaş yazır:
- Bu il mart ayının 6-da mənim müraciətimə baxılması üçün qəbulunuza çağırıb və həyat yoldaşım Rzayeva Günay Maarif qızını işlə təmin etməyiniz bir daha sübut etdi ki, qeyd etdiyim hər təbəqə insanların qayğısına öz qayğınız kimi baxırsınız. 17 illik iş həsrətini bir günə həll etdiniz. Bundan artıq sevincli hal ola bilərmi?
Məktubda rayon rəhbərliyinin gördüyü işlərdən də söz açılır:
- 2016-cı ilin may ayında gəlişinizlə Qazax rayonunda, qədəminizi qoyduğunuz bu torpaqda çiçəklənmə öz ətrini artıq hiss etdirdi. Sanki Qərbin qapısı adlanan bölgədə həyat canlandı. Bu günə qədər rayonumuzda görülən nə qədər müsbət işlər vardır, artıq respublikamızın hər bir guşəsində danışılır. Gördüyünüz işlər, göstərdiyiniz qayğılar qəlbinizin mərhəmət hissindən xəbər verir. Haqqınızda yüksək, dəyərli fikirlər söyləmək hər birimizin borcudur. Çünki bunu Siz özünüz qazanmısınız.
Sizə Qazax rayonu insanlarının hər birinin ehtiyacı vardır. Hər bir kəs İcra Hakimiyyəti Aparatına gələndə elə hiss edir ki, öz evinə gəlir və ürəyini Uca Rəbbimizin bizlərə göndərdiyi sevimli bəndəsinə anladır.
Bu gün biz qazaxlılar Respublika Prezidentinin Sizə etibar etdiyi vəzifənin öhdəsindən layiqincə gəldiyiniz və hər dəfə onun etimadını doğrultduğunuz üçün Sizə minnətdarıq. Qazax rayonunda illərlə həll olunmayan problemlər Sizin tərəfinizdən çox asanlıqla öz həllini tapır. Ona görə də rayon əhalisinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının adından Sizə dərin minnətdarlığımı bildirir və işinizdə müvəffəqiyyətlər arzu edirəm.

Facebook-da paylaş