Vətəndaşlar fərdi qəbul edilib
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaş amilini ön plana çəkərək rəsmi qəbul günündən başqa digər vaxtlarda da rayon sakinlərini qəbul edir, onların qayğı və problemləri ilə maraqlanır. Qəbula gələn vətəndaşların öz arzu və istəklərini rayon rəhbərliyinə çatdırması, müraciət etdikləri məsələlərə konkret cavab verilməsi artıq bir ənənə şəklini alıb.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov bu ənənəni davam etdirərərək bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib.
Cəfərli kəndində yaşayan şəhid qardaşı Musayev Ramin İmran oğlu həyat yoldaşı Rüstəmova Xədicə Vaqif qızının işlə təmin olunması barədə müraciət edib. Rayon rəhbərliyi vətəndaşın təqdim etdiyi diplomun səhiyyə nazirliyi tərəfindən tanındığı halda müvafiq işlə təmin olunması barədə tapşırıq verib.
Şəhər sakinlərindən Nəbiyeva Gülayə Ənvər qızının, Əsədova Xədicə Əsəd qızının və Tahir Qocayevin işlə təmin olunmaları üçün etdikləri müraciətlərə rayon rəhbərliyi tərəfindən müvafiq göstərişlər verilib.

GOYEZEN.AZ
Facebook-da paylaş