Tütünçülər bol məhsul yetişdirmək üçün səylə çalışırlar
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev Qazaxbəyli kəndinə gələrək tütünçülüyün vəziyyəti ilə tanış olublar.
Məlumat verilib ki, bu il 7 hektar sahədə tütün yetişdirilir. Cəfərli kəndindəki istixanalardan kifayət qədər tütün şitili gətirilərək əkilmişdir. Əkin optimal vaxtda başa çatdıqdan sonra sahələr suvarılmışdır. Tütünçülər bu il keçən ilkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edirlər.
Rayon rəhbərliyi mövcud vəziyyətlə tanış olduqdan sonra tapşırıq və tövsiyələrini verib.
Facebook-da paylaş