Sakinlər minnətdarlıq ediblər » Göyəzən internet portalı


Sakinlər minnətdarlıq ediblər

Sakinlər minnətdarlıq ediblər
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ikimərtəbəli binada yaşayan sakinlərlə görüşdən sonra doqquzmərtəbəli binaya gəlib.

Heydər Əliyev prospekti 179 ünvanında yerləşən doqquzmərtəbəli binada sakinlər rayon rəhbərliyini çox səmimi qarşılayıblar. Təəccübülərini gizlətməyən sakinlər onların müraciətinə belə operativ şəkildə baxılmasına görə minnətdarlıq edərək mövcud çatışmazlıqlardan söz açıblar.

Qeyd ediblər ki, bu binada 36 ailə yaşayır. Ötən il binada bir sıra işlər görülmüşdür. Lakin hələ də bir çox çatışmazlıqlar vardır. Bildiriblər ki, binanın kanalizasiya xətti yararsız hala düşüb. Binaya su vuran mator binanın zirzəmisində yerləşdiyi üçün sakinlərə narahatlıq yaradır.

Sakinlərlə görüşən İcra Başçısı qeyd edib ki, bu il şəhərin müxtəlif ərazilərində yerləşən 85 çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulmuşdur. İlin sonuna kimi şəhərdəki bütün yaşayış binaları öz görkəmini sözün yaxşı mənasında dəyişəcəkdir. Artıq 17 binada təmir işləri aparılır. Sizin binada da yaxın aylarda təmir-bərpa işləri aparılacaqdır.

İcra Başçısı su matorunun binanın həyətinə çıxarılması və müvafiq yerə qoyulması, zirzəminin təmizlənməsi və dərmanlanması barədə tapşırıq verib.

Sakinlər minnətdarlıq ediblər
Sakinlər minnətdarlıq ediblər
Sakinlər minnətdarlıq ediblər
Sakinlər minnətdarlıq ediblər
Sakinlər minnətdarlıq ediblər
Sakinlər minnətdarlıq ediblər
Sakinlər minnətdarlıq ediblər
Sakinlər minnətdarlıq ediblər
Sakinlər minnətdarlıq ediblər
Sakinlər minnətdarlıq ediblər
Sakinlər minnətdarlıq ediblər
GOYEZEN.AZ


Facebook-da paylaş