İcra Başçısı vəziyyətlə yerində tanış olub » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



İcra Başçısı vəziyyətlə yerində tanış olub

İcra Başçısı vəziyyətlə yerində tanış olub
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşların müraciətlərinə diqqətlə yanaşır, müraciət edən rayon sakinlərini günün müxtəlif vaxtlarında qəbul edir, lazım gəldikdə isə özü vətəndaşların görüşünə belə gedir.

Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Heydər Əliyev prospekti 158 ünvanındakı ikimərtəbəli binada yaşayan sakinlərin müraciətinə əsasən həmin ünvana gəlib.

Aidiyyatı xidmət təşkilatlarının rəhbərləri ilə birlikdə qeyd olunan ünvanda olaraq sakinlərin müraciətlərini dinləyib, vəziyyətlə yerində tanış olub.

Rayon rəhbərliyinə məlumat verilib ki, burada 8 ailə yaşayır. Uzun müddət baxımsız olduğu üçün bina günün tələblərinə cavab vermir. Həyətində qustar üsulla tikilmiş əl damları yararsız vəziyyətə düşüb. Binanın daxili hissəsinin təmirə ehtiyacı var. Həyətdə uşaqların oynaması üçün heç bir şərait yoxdur.

Sakinlərlə görüşən İcra Başçısı onları diqqətlə dinləyərək mövcud vəziyyəti öyrənib. Rayon rəhbərliyi görüşdə qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verərək gələn həftənin ilk günündən binanın həyətində təmir-bərpa işlərinin aparılması, səliqə-sahman yaradılması barədə göstəriş verib. Binanın özünün isə iyul ayında əsaslı şəkildə təmir olunacağını bildirib.

Binanın sakinləri onların müraciətlərinə dərhal münasibət göstərdiyinə, sakinlərlə görüşə gəldiyinə və binanın təmir olunmasına tapşırıq verdiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

İcra Başçısı vəziyyətlə yerində tanış olub
İcra Başçısı vəziyyətlə yerində tanış olub
İcra Başçısı vəziyyətlə yerində tanış olub
İcra Başçısı vəziyyətlə yerində tanış olub
İcra Başçısı vəziyyətlə yerində tanış olub
İcra Başçısı vəziyyətlə yerində tanış olub
İcra Başçısı vəziyyətlə yerində tanış olub
İcra Başçısı vəziyyətlə yerində tanış olub
GOYEZEN.AZ


Facebook-da paylaş