• Təqvim

  • Unutma

  • Maraq

Qazaxda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək rayon məktəbliləri ilə görüş keçirilib

Qazax rayon İcra Hakimiyyətinin akt zalında “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edəcək rayon məktəbliləri ilə görüş keçirilib. Görüşdə Qazax RİHB Aparatının məsul işçiləri, məktəblilər və məktəb direktorları, valideynlər iştirak edib.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən 2014-cü il avqustun 1-dən IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb. Artıq beşinci ildir ki, keçirilən layihənin əsas məqsədi məktəbliləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.

İcra Başçısı rayonumuzda təhsil sahəsində görülən məqsədyönlü işlərdən, həyata keçirilən tədbirlərdən söz açaraq deyib ki, bu gün məktəblərimizdə davamiyyət yüksək vəziyyətdədir. Görülən tədbirlərin nəticəsidir ki, təhsil sahəsində ildən-ilə daha uğurlu nəticələr qazanılır və Qazax rayonunun təhsili bu gün ən yüksək səviyyədədir.

Rəcəb Babaşov qeyd edib ki, “Ölkəmizi tanıyaq” layihəsi Qazax rayonunda da təntənəli şəkildə keçirilir. Rayonumuzun məktəbliləri bu tədbirlərdə də öz nümunəvi iştirakları ilə fərqlənir, xüsusi fəallıq göstərirlər. Tur-aksiya çərçivəsində keçirilən bilik yarışlarında qələbə qazanan məktəblilərlə görüş keçirilir və qaliblər rayon rəhbərliyi tərəfindən mükafatlandırılırlar. Ümidvaram ki, rayonumuzun komandası bu dəfəki səfərdə də komandalar arasında birinci olacaq və rayonumuza qələbə ilə qayıdacaqdır.

Qeyd edək ki, növbəti tur-aksiya Qəbələ-Şəki-Zaqatala rayonlarını əhatə edəcəkdir. Məktəblilər 26-29 mart tarixlərində qeyd olunan rayonların tarixi ilə tanış olacaq, görməli yerlərini gəzəcəklər. Tur-aksiyada 40 şagird və 5 nəfərdən ibarət müəllim və həkim iştirak edəcəkdir.

Sonra RİHB Aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, Ağköynək kənd tam orta məktəbin direktoru Səfurə Rəhimova, tur-aksiyanın iştirakçısı olan İkinci Şıxlı kənd tam orta məktəbin şagirdi Laura İsmayılzadə, Qazaxbəyli kənd tam orta məktəbin şagirdi Nazənin Qurbanova, şəhər 1 saylı tam orta məktəbin şagirdi Turxan Vəliyev, məktəb-liseyin şagirdi Əfşan İsgəndərova və başqaları çıxış edərək məktəblilər üçün yaradılan bu geniş imkana, bu cür maarifləndirici tur-aksiyanın təşkilinə görə Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Məktəblilərə göstərdiyi diqqət və qayğıya görə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, bu tur-aksiyadan yüksək göstəricilərlə qayıdacaqlar.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq tur-aksiya iştirakçılarına müvəffəqiyyət və mənalı səfər arzulayıb. Məktəblilərin bu dəfə də uğurlu göstəricilər əldə edəcəklərinə əmin olduğunu bildirib.

Görüş başa çatdıqdan sonra İcra Başçısı Rəcəb Babaşov tur-aksiyada iştirak edəcək məktəblilər və müəllimlərlə birlikdə Şəhidlər Xiyabanı abidə-kompleksinə gəlib. Burada şəhidlərin ruhuna dua oxunduqdan sonra abidə önünə gül dəstələri qoyulub, əziz xatirələri ehtiramla yad edilib.

Şairə-publisist Güləmayıl Murad burada çıxış edərək şəhidlərin qanının yerdə qalmayacağını bildirib və düşməndən qisas alınacaq günün çox da uzaqda olmadığını qeyd edib, şeirlərini oxuyub.

Daha sonra tur-aksiyada iştirak edəcək məktəblilər rayon Tarix-Diyarşunaslıq Muzeyində olaraq rayonumuz haqqında zəngin məlumatlar əldə ediblər. Məktəblilər eyni zamanda Rəsm Qalereyasına da baş çəkiblər.

Elçin İSMAYIL

Facebook-da paylaş