“Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək rayon məktəbliləri ilə görüş keçirilib
Qazax Gənclər Mərkəzində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində 11-14 noyabr tarixlərində respublikamızın Lənkəran-Masallı-Astara bölgələrinə ekskursiyada iştirak edəcək rayon məktəbliləri ilə görüş keçirilib. Görüşdə idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, ağsaqqallar, gənclər, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, bələdiyyə sədrləri və icra nümayəndələri iştirak edib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb. Artıq dördüncü ildir ki, keçirilən layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə ölkəmizin hazırkı dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.
Dörd il ərzində ölkədə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 7 tur-aksiya təşkil edilmişdir. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 13 min 648 məktəbli iştirak etmişdir.
Bu il noyabrın 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3213 nəfər iştirak edəcək. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 17 minə yaxın olacaqdır.
“Ölkəmizi tanıyaq” layihəsi hər il Qazax rayonunda da təntənəli şəkildə keçirilmişdir. Rayonumuzun məktəbliləri bu tədbirlərdə də öz nümunəvi iştirakları ilə fərqlənmişlər. Bu ilin mart ayında keçirilən tur-aksiyada məktəblilərimiz xüsusi fəallıq göstərmişlər. Tur-aksiya çərçivəsində Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə məktəblilər üçün layihənin bir hissəsi olan Nə? Harada? Nə zaman? başlığı altında intellektual oyun təşkil olunmuşdur. Mübarizə şəraitində keçən oyunda 40-dan çox komanda iştirak etmişdir. İntellektual oyunun nəticələrinə görə Qazax rayonunun məktəblilərindən ibarət komanda 1-ci yerə layiq görülmüş və qələbə kubokunu rayona gətirmişlər. Səfərdən qayıdan məktəblilər rayon İcra Hakimiyyətinin başçısı ilə görüşmüş, onlar qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Tur-aksiya iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra Rəcəb Babaşov ölkəmizin müstəqillik dövründə keçdiyi çətin və məsuliyyətli yoldan danışaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmişdir. Onun titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.
Ulu öndər Heydər Əliyev Qazax rayonuna da böyük diqqət yetirmiş və onun 1971, 1979, 1998-ci il səfərlərindən sonra rayonun sosial-iqtisadi, kənd təsərrüfatı, elm, səhiyyə, mədəniyyət, təhsil, tikinti-abadlıq və çoxmənzilli yaşayış binalarının tikintisi sahəsində böyük nailiyyətlər qazanılmış və uğurlar əldə olunmuşdur. Ağstafaçay su dəryaçası, rayon Mədəniyyət Mərkəzi, telekommunikasiya qovşağı, statistika idarəsinin binası və 20–dən çox orta məktəb binaları, onlarla şərab zavodları məhz ulu öndərin Azərbaycana birinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra tikilib istifadəyə verilmişdir. Təsadufi deyil ki, ulu öndər həmin illərdə demişdir ki, Azərbaycanın iqtisadiyyatında, maarifində və mədəniyyətində Qazax rayonunun xüsusi rolu vardır.
Bu gün ulu öndər Heydər Əliyev məktəbinin layiqli davamçısı, onun strateji siyasətini və ideyalarını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır.
Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuşdur.
Azərbaycanın birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva da dövlətin bu siyasətinin, humanist missiyasının həyata vəsiqə almasında mühüm rol oynayır. Onun elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı ciddi elmi əsaslara söykənir. Buna görə də Mehriban xanımın hərtərəfli fəaliyyəti cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Sonra RİHB Aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, M.Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova, Qaratel Hacımahmudova şəhər ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü, AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair, Barat Vüsal, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin şöbə müdiri Elvira Əfəndiyeva, Yuxarı Salahlı kənd tam orta məktəbin XI sinif şagirdi, bu ilin mart ayında keçirilən tur-aksiyanın iştirakçısı Arzu İbrahimova, şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi, hazırki tur-aksiyanın iştirakçısı Əfəndi Kərəm, valideynlərdən Hüseynbəyli kənd sakini Nuridə Osmanova və şəhər 4 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aynurə Alıyeva çıxış edərək bildiriblər ki, bütün dünyada əvəzi olmayan, göz oxşayan gözəlliyə malik olan Azərbaycanımızı yaxından tanımaqda “Ölkəmizi tanıyaq” tur-aksiyasının böyük əhəmiyyəti vardır. Çıxış edənlər məktəblilər üçün yaradılan bu geniş imkana, bu cür maarifləndirici tur-aksiyanın təşkilinə görə Ölkə Başçısı İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonra Müdafiə Nazirliyinin zabiti, polkovnik, əməkdar incəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani çıxış edərək bu günlərdə rayonumuzda keçiriləcək respublika əhəmiyyətli “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” adlı tədbirdən söz açıb. Qazaxla bağlı yenicə çapdan çıxmış kitabı və hazırlanmış döş nişanını İcra Başçısına təqdim edib.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq tur-aksiya iştirakçılarına müvəffəqiyyət və mənalı səfər arzulayıb. Məktəblilərin bu dəfə də uğurlu göstəricilər əldə edəcəklərinə əmin olduğunu bildirib.

Elçin İSMAYIL
Facebook-da paylaş