İcra Başçısı ruhi xəstəxanada müalicə alan qadınları təbrik edib - » Göyəzən internet portalı


İcra Başçısı ruhi xəstəxanada müalicə alan qadınları təbrik edib - Qazaxda

İcra Başçısı ruhi xəstəxanada müalicə alan qadınları təbrik edib -
Bu gün Qazax rayonlararası ruhi xəstəxanada 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram tədbirinə gəlib. Tədbirdə sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Firdovsi Umudov iştirak edib.

İcra Başçısı çıxış edərək Beynəlxalq Qadınlar Günü münasibətilə xəstəxanada müalıcə olunan bütün qadınları təbrik edib, onlara ən xoş arzularını bildirib. Qeyd edib ki, respublikamızda, eləcə də rayonumuzda bütün sahələrlə yanaşı, səhiyyə sahəsinə də böyük diqqət və qayğı göstərilir. Bunu tikilən və əsaslı şəkildə təmir olunan tibb ocaqlarının timsalında aydın şəkildə görmək olar. Hal-hazırda rayonumuzda 145 çarpayılıq Mərkəzi Xəstənana binasının tikintisi sürətlə davam etdirilir.

Ruhi xəstəxanada aparılmış təmir işlərindən danışan İcra Başçısı binada xeyli işlərin görüldüyünü qeyd edərək xəstələrin müalicə olunması və qidalanması üçün normal şərait yaradıldığını bildirib. Təmir işlərinin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

Xəstəxananın baş həkimi Ramiz Mansurov çıxış edərək ilk dəfə belə bir tədbirin keçirildiyini qeyd edib, onlara göstərdiyi diqqət və qayğıya görə İcra Başçısına kollektiv adından, xəstəxanada müalıcə alan xəstələr adından öz dərin minnətdarlığını bildirib.
İcra Başçısı ruhi xəstəxanada müalicə alan qadınları təbrik edib -
Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində rayonumuzda səhiyyənin inkişaf etməsindən, neqativ halların aradan qaldırılmasından danışıb. Qeyd edib ki, illərdən bəri diqqətdən kənarda qalmış ruhi xəstəxanada bu gün normal şərait yaradılıb.

Sonra İcra Aparatı tərəfindən xəstəxanada müalicə alan qadınlara və xəstəxanada çalışan tibb işçilərinə gül dəstələri və bayram hədiyyələri verilib.

Bayram tədbiri başa çatdıqdan sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov xəstəxanada yaradılmış şəraitlə tanış olub.

Elçin İSMAYIL

İcra Başçısı ruhi xəstəxanada müalicə alan qadınları təbrik edib -
İcra Başçısı ruhi xəstəxanada müalicə alan qadınları təbrik edib -
İcra Başçısı ruhi xəstəxanada müalicə alan qadınları təbrik edib -
İcra Başçısı ruhi xəstəxanada müalicə alan qadınları təbrik edib -
İcra Başçısı ruhi xəstəxanada müalicə alan qadınları təbrik edib -
İcra Başçısı ruhi xəstəxanada müalicə alan qadınları təbrik edib -


Facebook-da paylaş