Qazaxda səhiyyə sahəsinə də diqqət və qayğı göstərilir
Qazax rayonunda bütün sahələrlə yanaşı, səhiyyə sahəsinə də diqqət və qayğı göstərilir. Rayonumuzda inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binası buna əyani sübutdur.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq tibb müəssisələrinə də baş çəkir, mövcud vəziyyətlə maraqlanır, tapşırıq və tövsiyələrini verir.
Bu gün İcra Başçısı rayonlararası Ruhi Xəstəxanada olub. Burada aparılan təmir işləri ilə yaxından tanış olaraq xəstəxanaya baxıb. Rayon rəhbərliyinə məlumat verilib ki, xəstəxana binasının içəri və çöl hissələrində təmir aparılır. Lazım gələn yerlərə suvaq vurulur, üzləmə işləri görülür, hazır olan yerlər isə rənglənir. Qeyd olunub ki, nəzərdə tutulan işlərin çox hissəsi demək olar ki, görülüb və xəstəxana binası normal görkəmə salınıb.
Təmir işləri ilə yaxından tanış olan rayon rəhbərliyi işlərin sürətlə və keyfiyyətlə aparılmasını tapşırıb. Qeyd edib ki, müalicə olunan hər bir xəstəyə həssaslıqla yanaşılmalı, diqqət və qayğı göstərilməlidir.

GOYEZEN.AZ
Facebook-da paylaş