Sərhəd kəndlərində bütün sahələr yüksək səviyyədə olmalıdır
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərində yaşayan sakinlərə xüsusi diqqət və qayğı göstərir. Mütəmadi olaraq onlarla görüşlər keçirir, sakinləri narahat edən problemləri yerindəcə öyrənir və həll olunması üçün öz tapşırıqlarını verir. Son 1 il yarım ərzində görülən işlərin nəticəsidir ki, sərhəd kəndlərində demək olar ki, heç bir həll olunmamış məsələ qalmayıb.
Bu gün dövlət tərəfindən də sərhəd kəndlərinə və orada yaşayan sakinlərə diqqət və qayğı göstərilir. İstər sosial obyektlərin inşası, istərsə də elm, təhsil, mədəniyyət, səhiyyə sahəsi daim diqqət mərkəzində saxlanılır. Göstərilən diqqət və qayğının nəticəsidir ki, sərhəd kəndi olan Cəfərli bu gün fasiləsiz elektrik enerjisi, qazla tam təmin olunub, kənddə məktəb binası, poçt və tibb məntəqəsi yüksək səviyyədədir.
Ötən sayımızda isə kənddəki uşaq bağçası üçün əlavə otaqların ayrılması və əsaslı şəkildə təmir olunması barədə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun göstəriş verməsi haqda məlumat vermişdik. Rayon rəhbərliyinin tapşırığına əsasən artıq Cəfərli kənd uşaq bağçası üçün əlavə otaqlar ayrılıb və əsaslı təmir işlərinə başlanılıb.
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bağçada aparılan əsaslı təmir işləri ilə tanış olmaq üçün Cəfərli kəndinə gəlib. Görülən işlərlə tanış olan rayon rəhbərliyinə məlumat verilib ki, ayrılmış otaqlarda hal-hazırda təmir işləri aparılır. Əsaslı şəkildə və sürətlə həyata keçirilən işlərin nəticəsidir ki, qısa müddətdə nəzərdə tutulduğundan xeyli çox iş görülüb. Suvaq və üzçəkmə işləri başa çatdırılıb. Hazırda otaqlara döşəmə vurulur. Köhnə qapı və pəncərələr müasir tipli qapı və pəncərələrlə əvəz olunub. İstilik sistemi üçün xətlər çəkilib. Bir sözlə, uşaqlar üçün yüksək şərait yaradılması üçün lazım olan bütün işlər görülür.
Həyata keçirilən təmir-bərpa işləri ilə yaxın tanış olan İcra Başçısı görülən işlərin keyfiyyətlə aparılmasını və sürətləndirilməsini tapşırıb.
Sonra rayon rəhbərliyi kəndə çəkilən asfalt yolda aparılan işlərin gedişi ilə maraqlanıb. İcra Başçısına məlumat verilib ki, yolun təməli üçün görülən bütün işlər başa çatdırılıb. Hal-hazırda asfalt vurulur və bu proses 1 km-dən çox məsafədə həyata keçirilib. Bildirilib ki, yolun çəkilişi yaxın vaxtlarda başa çatdırılacaqdır.
Rəcəb Babaşov günün sonunda şəhərdəki hərbçilərin yaşadıqları beşmərtəbəli binalarda görülən təmir-bərpa işləri ilə də tanış olub. Burada binanın fasad hissəsi, blokları, divarları əsaslı şəkildə və yüksək keyfiyyətlə təmir olunub. Bina köklü şəkildə öz görkəmini dəyişib.
Binada görülən işlərlə tanış olan zaman İcra Başçısına onlarla sakin yaxınlaşaraq görülən bütün işlərə görə Ölkə Başçısına, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirib, sonsuz təşəkkürlərini çatdırıblar.

Elçin İSMAYIL
Facebook-da paylaş