• Təqvim

  • Maraq

Sərhəd kəndlərində təhsil də yüksək səviyyədə olmalıdır

Sərhəd kəndlərində təhsil də yüksək səviyyədə olmalıdır
Qazax təhsilinin keyfiyyətinin artırılması və davamiyyətin yüksəldilməsi istiqamətində məqsədyönlü işlər görülür. Məktəb kollektivinin və ötən il yaradılmış işçi qrupunun birgə zəhməti sayəsində bütün məktəblərdə şagirdlərin dərsə davamiyyəti ilə yanaşı dərslərin keyfiyyəti də artıb. Təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, rayonumuzda məzunların ali məktəblərə qəbul faizi ötən il nəzərə çarpacaq dərəcədə yüksəlib.

Keyfiyyət ili elan olunan bu tədris ilində qarşıya qoyulan böyük vəzifələri həyata keçirmək üçün Qazaxda təhsil sahəsinə göstərilən diqqət, qayğı və tələbkarlıq daha da artıb. Ona görə də ilin əvvəlindən rayon rəhbərliyi tərəfindən təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində hər cür dəstək verilir, göstəriciləri aşağı olan məktəblərdə pedaqoji kollektivlərlə, valideynlərlə görüşlər keçirilir.
Sərhəd kəndlərində təhsil də yüksək səviyyədə olmalıdır
Sərhəd kəndlərində təhsil də yüksək səviyyədə olmalıdır
Növbəti belə bir görüş Quşçu Ayrım kəndində olub. Bununla əlaqədar şəhid Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəbinə gələn Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məktəbdəki vəziyyətlə tanış olub, siniflərə baş çəkib, şagirdlərin bilik səviyyəsi ilə maraqlanıb.
Sərhəd kəndlərində təhsil də yüksək səviyyədə olmalıdır
Sərhəd kəndlərində təhsil də yüksək səviyyədə olmalıdır
Sərhəd kəndlərində təhsil də yüksək səviyyədə olmalıdır
Sonra məktəbin akt zalında İcra Aparatının məsul işçilərinin, hüqüq-mühafizə orqanlarının rəhbərliyinin, rayon təhsil şöbəsinin rəhbərliyi və əməkdaşlarının, valideynlərin, məktəb müəllimlərinin, ağsaqqallar və kənd sakinlərinin iştirakı ilə görüş keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək bildirib ki, sərhəddə yerləşməsinə baxmayaraq bu gün kənddə heç bir problemli məsələ qalmayıb. Sakinlər tərəfindən qaldırılan bütün məsələlər son 1 il yarım ərzində aradan qaldırılıb. Quşçu Ayrımda görülmüş işlərdən danışan İcra Başçısı qeyd edib ki, kənd işıq, qaz ilə fasiləsiz təmin olunur, məktəb binası yüksək səviyyədədir.

Lakin kənddə təhsilin vəziyyəti istənilən səviyyədə deyildir. Ona görə də bu sahəyə diqqəti daha da artırmaq lazımdır. Bunun üçün ilk növbədə şagirdlərin dərsə davamiyyəti artırılmalı, dərslər qarşıya qoyulmuş tələblər əsasında tədris olunmalıdır. Bu vəzifələrə nail olmaq üçün məktəb rəhbərliyi müəllimlərlə birlikdə öz səylərini artırmalı, təlim və tədrisin kəmiyyəti ilə yanaşı keyfiyyəti də yüksəldilməlidir. İnanıram ki, məktəb kollektivinin və işçi qrupunun köməyi ilə Quşçu Ayrım kənd tam orta məktəbində də təhsilin səviyyəsi yüksələcəkdir.

Məktəbin direktoru Yetər Mustafayeva, müəllimlərdən Firəngiz Cəfərova, Gülxar Cəfərova, şəhid ataları - Aslan Pirvəliyev və Abbas Mirzəyev, şəhid qardaşı Paşa Məmmədov, valideynlərdən Cəvahir Vəliyeva, Çingiz Hacıyev və başqaları çıxış edərək bu gün təhsillə bağlı keçirilən görüşün əhəmiyyətini yüksək qiymətləndirib onlarla görüşə gəldiyinə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Müəllimlər məktəbin göstəricilərinin artması üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərinə söz veriblər.
XX XX XX
Tədbirdən sonra Rəcəb Babaşov Kommuna kəndində bir qrup kənd sakini və ağsaqqallarla görüşüb. Rayon rəhbərliyi kəndin adının dəyişdirilməsi təklifi ilə əlaqədar kənd sakinlərinin fikirlərini öyrənib. Sakinlər Kommuna adının yeni adla əvəz edilməsi fikrini dəstəkləyərək kəndin “Bala Çaylı” adlandırılmasının daha məqsədə müvafiq olduğunu bildiriblər.

Sonda kənd sakinlərindən Eyvaz Məmmədov, Maryaq Bağırov, Faiq Süleymanov, Qurban Sanıyev, Müslüm Məmmədov və başqaları kənddə son 1 il yarım vaxt ərzində görülən işlərə və çəkilən asfalt yola görə ölkə başçısı İlham Əliyevə minnətdarlıq dolu ürək sözlərini çatdırıblar.

Elçin İSMAYIL

Facebook-da paylaş