Qazaxda təhsilin uğurları
Respublikanın qərb bölgəsində yerləşən Qazax rayonu öz yaradıcı insanları, elm adamları, yüksək rütbəli hərbçiləri ilə məşhurlaşmışdır. Bölgədə təhsilə, elmə, mədəniyyətə yüksək həssaslıqla yanaşılmışdır. Bu ənənə bu gün də öz aktuallığını saxlayır.
Rayonda təhsilin indiki durumu ilə tanış olmaq üçün Qazax rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı ilə həmsöhbət olduq. Nizaməddin Babanlı 1964-cü ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinə qəbul olmuş və 1985-ci ildə həmin fakültəni bitirərək təyinatla Elmlər Akademiyasının Kimya İnstitutunda fəaliyyətə başlamışdır. 1991-ci ildə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1992-ci ildən Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasında dosent və fakültə dekanı vəzifəsində çalışmışdır. 2015-ci ildən Qazax rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışır.
Nizaməddin Babanlı ilə iş başında görüşdük. O qeyd etdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva milli təhsilin sürətli inkişafı üçün bir çox irimiqyaslı layihələr həyata keçirirlər. Respublikanın hər yerində yeni məktəb binalarının tikintisi uğurla davam etdirilir.
Bir faktı xüsusilə vurğulamaq lazımdır ki, son 10 il ərzində Qazax rayonunda müasir standartlara cavab verən 21 yeni məktəb binası inşa edilmiş, 11 məktəb binası əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Məktəblərin hər biri lazımi avadanlıq və İKT sistemi ilə təchiz olunmuşdur.
Qazax rayonunda 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 7 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Bu təhsil müəssisələrində 11439 şagirdin təlim-tərbiyəsi ilə 1743 nəfər müəllim məşğul olur.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun bu sahəyə hədsiz diqqət və qayğısı Qazax pedaqoqlarının daha məhsuldar çalışmalarına stimul verir.
2016-2017-ci tədris ilində respublika fənn olimpiadalarında rayon mərhələsi keçirilmişdir. Bu mərhələdə IX-XI sinif şagirdlərindən 308 nəfər iştirak etmişdir. İştirak edənlərdən 42 nəfəri zona mərhələsinə vəsiqə qazanmışlar. Bir nəfəri Respublika mərhələsində iştirak etmək üçün Bakı şəhərinə dəvət olunmuşdur.
2017-ci ilin fənn müsabiqələrində 109 nəfər şagird iştirak etmişdir. VI sinifdə riyaziyyat, VII sinifdə Fizika, Kimya, Biologiya və İnformatika fənlərindən müsabiqələrin sualları Təhsil Nazirliyi tərəfindən göndərilmişdir. Onlardan hər fənn üzrə 4 nəfər olmaqla cəmi 20 nəfər şagird Bakı şəhərində yekun müsabiqədə iştirak etmək hüququ qazanmışdır. Fevral ayında Beynəlxalq rus dili olimpiadasının zona mərhələsi Qazax şəhəri 4 saylı tam orta məktəbdə keçirilmişdir. Bu olimpiadada VII-VIII sinif şagirdləri müvəffəqiyyətlə iştirak etmişlər.
Nəticələr may ayında məlum olacaqdır. Qazax rayon ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin monitorinqi keçirilmişdir. Bunun üçün rayon təhsil şöbəsində 8 fənn müəlliminin iştirakı ilə işçi qrupu yaradılmışdır. Rayonun 24 ümumtəhsil məktəbində müəllimlərin keyfiyyət göstəricilərini artırmaq üçün məktəblərdə işçi qrupunun üzvləri tərəfindən metodiki göstərişlər verilmişdir.
Cari ilin aprel-may aylarında da işçi qrupu öz fəaliyyətini digər məktəblərdə davam etdirəcəklər. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun tapşırığı ilə icra aparatının əməkdaşlarından ibarət işçi qrup yaradılmışdır. Bu qrup təhsil müəssisələrində tədrisin keyfiyyətinə və şagirdlərin dərsə davamiyyətinə ciddi nəzarət edir. Bunun nəticəsidir ki, fevral ayında ümumtəhsil məktəblərində şagirdlərin dərsə davamiyyəti 94,7 faiz, mart ayında isə 96 faizə yaxın olmuşdur.
Qazax mənfur düşmənlə sərhəd bölgələrdə yerləşdiyindən gənclərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində mühüm işlər görülür. 2016-cı ilin mart-iyun ayları ərzində Dövlət Sərhəd Xidmətinin Təhsil, Gənclər və İdman nazirliklərinin Heydər Əliyevin anadan olmasının 93-cü illiyi ərəfəsində hərbi hissələrdə "Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin yaradıcısıdır” mövzusunda və Azərbaycan sərhəd mühafizəsinin yaranmasının 97-ci ildönümü ərəfəsində sərhədyanı rayonların şagirdləri arasında "Sərhədlərimizin keşiyində” mövzusunda birgə tədbirlər planına uyğun olaraq inşa yazı müsabiqəsi keçirilmişdir.
Bu zaman sərhədlərimizin qorunmasında göstərilən fədakar xidmətlərin tərənnüm edilməsi, gənclərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, vətənə, onun sərhədlərinə hörmət hissinin gücləndirilməsi ilə əlaqədar üç nominasiya üzrə bədii ədəbiyyat, təsviri sənət və qəzet məqaləsi müsabiqəsi keçirilir.
Ali hərbi və xüsusi təyinatlı təhsil müəssisələrinə 9 nəfər qəbul olmuşdur. Hazırda respublikanın ali hərbi və xüsusi təyinatlı müəssisələrində 46 nəfər, hərbi liseylərdə 15 nəfər qazaxlı gənc təhsil alır.
Qeyd etmək lazımdır ki, məzunların ali məktəblərə qəbulunda da yüksək nəticələr əldə olunmuşdur. Məzunlardan 78 nəfəri 300-400 arası, 65 nəfəri 400-500 arası bal toplamışlar. 58 nəfər məzun 500 baldan yuxarı, 19 məzun isə 600-dən yuxarı bal toplayaraq respublikanın nüfuzlu ali təhsil ocaqlarına qəbul olmuşlar. Sevindirici haldır ki, bir nəfər məzun – Canallı kənd tam orta məktəbin məzunu İsmayılova Səbinə Emil qızı ən yüksək bal – 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olmuşdur.
Söhbətin sonunda Nizaməddin Babanlı qeyd etdi ki, respublika rəhbərliyinin təhsilə göstərdiyi sonsuz qayğıdan ruhlanan Qazax rayon
Təhsil Şöbəsinin pedaqoji kollektivi əldə olunan nailiyyətlərlə kifayətlənməyərək, daha yüksək zirvələri fəth etməyi qarşıya məqsəd qoymuşdur.

Vəli VƏLİYEV,
"Respublika” qəzeti
16 aprel 2017-ci il
Facebook-da paylaş