• Təqvim

  • Unutma

  • Maraq



Yeni dərs ilinə hazırlıq müzakirə olunub

Yeni dərs ilinə hazırlıq müzakirə olunub
Rayonumuzda fəaliyyət göstərən bütün təhsil müəssisələrində yeni dərs ilinə ciddi hazırlıq işləri görülüb.

Bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecində yeni dərs ilinə hazırlığın vəziyyəti müzakirə olunub. Bununla əlaqədar Gənclər Mərkəzində müşavirə keçirilib.
Yeni dərs ilinə hazırlıq müzakirə olunub
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş sözü ilə açaraq ölkəmizdə, eləcə də rayonumuzda təhsilə, onun inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, bu gün Azərbaycan təhsili özünün uğurlu inkişaf dövrünü yaşayır. Təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları tikilir və yaxud əsaslı təmir olunur, təhsilin keyfiyyət göstəriciləri yaxşılaşıdırılır. Rayon İcra Hakimiyyəti tərəfindən rayonumuzda təhsilin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Məktəblərdə təlim və tədris üçün normal şərait yaradılmaqla yanaşı, şagirdlərin dərsə davamiyyətinin artırılması, onların bilik və bacarıqlarının üzə çıxarılması yönümündə də xeyli işlər görülüb. Tədrisə kömək məqsədilə rayonda yaradılmış işçi qrupunun fəaliyyəti olduqca təqdirəlayiqdir. Təhsil sahəsində son bir il yarım ərzində görülən işlər artıq öz bəhrəsini verib. Məktəblərdə şagirdlərin dərsə davamiyyəti 97 faizə çatıb, ali məktəbə daxil olan məzunların sayı ötən illə müqayisədə xeyli çoxalıb. Bir sözlə, çox işlər görülüb, amma görüləsi işlər də az deyil.
Yeni dərs ilinə hazırlıq müzakirə olunub
Kollecin direktoru Elşad Quliyev, tədris işləri üzrə direktor müavini Nicat Göyüşov, qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Elvira Əfəndiyeva və başqaları çıxış edərək yeni dərs ilinə olan hazırlıqdan danışıb, mövcud problemlər barədə rayon rəhbərliyinə məlumat veriblər. Qeyd olunub ki, kollecdə tədrisin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, tələbələrin dərsə davamiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm işlər görülməlidir. Eyni zamanda kollecin yerləşdiyi binanın qış mövsümünə hazırlığından da söhbət açılıb. Bildirilib ki, bunun üçün bina istilik sistemi ilə təmin olunmalı və bir sıra zəruri işlər həyata keçirilməlidir.
Yeni dərs ilinə hazırlıq müzakirə olunub
Yeni dərs ilinə hazırlıq müzakirə olunub
Yeni dərs ilinə hazırlıq müzakirə olunub
Bakı Dövlət Universiteti Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev çıxış edərək tövsiyələrini bildirib, tədrisin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində məsləhətlərini verib.
Yeni dərs ilinə hazırlıq müzakirə olunub
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq yeni dərs ilinin başlanması münasibətilə kollecin müəllim-tələbə kollektivini səmimi qəlbdən təbrik edərək onlara daha səmərəli fəaliyyət göstərməyi arzulayıb.

Elçin İSMAYIL


Facebook-da paylaş