• Təqvim

  • Unutma

  • Maraq



Gənclər Mərkəzində təmir işləri keyfiyyətlə aparılır

Gənclər Mərkəzində təmir işləri keyfiyyətlə aparılır
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Gənclər Mərkəzində aparılan təmir-bərpa işləri ilə tanış olub, mövcud vəziyyətlə maraqlanıb.

Qeyd edək ki, vaxtilə binanın tikintisi zamanı səhvlərə yol verilməsi nəticəsində bir sıra problemlər yaranan Mərkəzin akt zalında İcra Başçısının tapşırığına əsasən bir neçə gündür ki, təmir-bərpa işləri həyata keçirilir.

Rayon rəhbərliyinə məlumat verilib ki, akt zalında əsas təmir-bərpa işləri görülüb. Binanın dam örtüyündə, içəri divarlarında, döşəmədə olan çatışmazlıqlar aradan qaldırılıb, divarlar rənglənib. Binanın foyesində də işlər yekunlaşıb.

Təmir-bərpa işləri ilə yaxından tanış olan İcra Başçısı işlərin sürətləndirilməsini və keyfiyyətə xüsusi diqqət yetirilməsini tapşırıb.

GOYEZEN.AZ

Gənclər Mərkəzində təmir işləri keyfiyyətlə aparılır
Gənclər Mərkəzində təmir işləri keyfiyyətlə aparılır
Gənclər Mərkəzində təmir işləri keyfiyyətlə aparılır
Gənclər Mərkəzində təmir işləri keyfiyyətlə aparılır


Facebook-da paylaş