• Təqvim

  • Unutma

  • Maraq



Bütün sahələr diqqət mərkəzindədir

Bütün sahələr diqqət mərkəzindədir
Qazaxda bütün sahələrə diqqət və qayğı göstərilir, şəhərimiz gündən-günə abadlaşaraq öz görkəmini dəyişir. Ona görə də birmənalı şəkildə demək olar ki, indi Qazax respublikamızın ən abad və ən inkişaf edən şəhərlərindən biridir.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün şəhərin bir neçə ərazilərində olub, mövcud vəziyyətlə maraqlanıb, təmir-bərpa işləri aparılan yerlərə baxıb. Rayon rəhbərliyi ilk olaraq Gənclər Mərkəzinə baş çəkib, akt zalında aparılan təmir-bərpa işləri ilə maraqlanıb. Məlumat üçün bildirək ki, vaxtilə binanın tikintisi zamanı səhvlərə yol verilib və nəticədə Mərkəzin akt zalında bir sıra problemlər yaranıb. Bununla əlaqədar İcra Başçısının tapşırığına əsasən bir neçə gün əvvəl Mərkəzin təmir olunmasına başlanılıb. Rayon rəhbərliyinə məlumat verilib ki, akt zalında artıq bir çox təmir-bərpa işləri görülüb. Binanın dam hissəsində, içəri divarlarında, döşəmədə olan çatışmazlıqlar aradan qaldırılıb. Sabahdan divarların rənglənməsinə başlanacaq və digər təmir-bərpa işləri görüləcəkdir.

Aparılan işlərlə tanış olan İcra Başçısı işlərin sürətləndirilməsini tapşırıb və yüksək keyfiyyətlə aparılması barədə göstəriş verib.

Sonra Rəcəb Babaşov Heydər Əliyev Mərkəzinə gələrək “Açıq qapı” günlərinin necə keçirilməsi ilə maraqlanıb. Mərkəzin direktoru Ceyhunə Hüseynova ulu öndərin anım günü ilə əlaqədar keçirilən tədbirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin iştirak etməsi barədə məlumat verib. Bildirib ki, Mərkəzdə olan təşkilatların kollektivləri filmə baxıb, ulu öndərin həyat və fəaliyyəti barədə məlumat alıb, kitab sərgisi ilə tanış olublar. Bu proses davam etməkdədir.

Rəcəb Babaşov Heydər Əliyev Mərkəzindən şəhərin “Çinardibi” deyilən yaşayış massivinə gəlib. Rayon rəhbərliyinə məlumat verilib ki, bu ərazidə yağış sularından yaranan sel nəticəsində gölməçə əmələ gəlir. Bu isə həm avtomaşınların, həm də piyadaların normal hərəkətinə mane olur, çətinliklər yaradır.

İcra Başçısı həmin əraziyə baxaraq vəziyyətlə yerində tanış olub və çatışmazlığın qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib.

Daha sonra Rəcəb Babaşov şəhərdəki Mədəniyyət Mərkəzinə baş çəkib. Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov İcra Başçısına məlumat verərək bildirib ki, Mərkəzə istilik sistemi çəkilən zaman nöqsanlara yol verilib. Bunun nəticəsidir ki, istilik sistemi demək olar ki, işləmir. Bu səbəbdən də qış aylarında burada hər hansı bir tədbirin keçirilməsi üçün şərait yoxdur.

Rəcəb Babaşov vəziyyətlə yerində tanış olaraq çatışmazlığın qısa müddətdə aradan qaldırılmasını və Mədəniyyət Mərkəzinin istilik sistemi ilə tam təmin olunmasını tapşırıb.

İcra Başçısı S.Vurğun küçəsində yerləşən köhnə tikiliyə də baxıb. Rayon rəhbərliyinə məlumat verilib ki, bu binada vaxtilə bir sıra təşkilatlar fəaliyyət göstərib. Çox köhnə olduğu üçün hal-hazırda bina yararsız hala düşüb. Binanın ərazisinin sosial təyinatlı obyektlər üçün əlverişli yer olduğu üçün şəhərin gələcək inkişaf planına salınması tapşırılıb.

Elçin İSMAYIL


Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir
Bütün sahələr diqqət mərkəzindədir


Facebook-da paylaş