Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır » Göyəzən internet portalı

Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır

Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə respublikanın hər yerində olduğu kimi, rayonumuzda da bir sıra silsilə tədbirlər həyata keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 16 fevral 2018-ci il tarixli sərəncamına əsasən rayonun bütün idarə, müəssisə və təşkilatlarında Xocalı qurbanlarının xatirəsi anılmış, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində soyqırıma həsr edilmiş rəsm sərgisi təşkil olunmuş, inşa yazı müsabiqəsi keçirilmişdir.

Rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın dövlət bayraqları endirilmiş və rayon ərazisində soyqırım qurbanlarının xatirəsi bir dəqəqəlik sükutla yad edilmişdir.

Tədbirlər çərçivəsində Şəhidlər Xiyabanında Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə anım mərasimi keçirilmişdir.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB Aparatının məsul işçiləri, hərbi hissələrin və hüquq-mühafizə orqanlarının rəhbərləri və şəxsi heyəti, çoxsaylı əmək kollektivləri, müharibə və əmək veteranları, gənclər, QHT və KİV nümayəndələri, minlərlə rayon sakini iştirak etmişdir.

Şəhidlər Xiyabanında gün boyu matəm musiqisi səsləndirilmişdir. Xocalı soyqırımı qurbanlarının ruhuna fatihə surəsi oxunduqdan sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksin önünə gül dəstələri qoyaraq Vətən yolunda canından keçmiş qəhrəman oğul və qızlarımızın xatirəsini boyük ehtiramla yad etmişdir. Tədbir iştirakçıları da şəhidlərin xatirəsini yad edərək abidə kompleksin önünə qərənfil dəstələri qoymuşlar.

Qazax şəhərində və rayonun kəndlərində olan məscidlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunmuş, insanlar Şəhidlər Xiyabanına gələrək faciə qurbanlarının xatirəsini anmışlar.

Sonra Qazax rayon İcra Hakimiyyəti tərəfindən Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Şəhid şəhər" başlığı altında ədəbi-bədii kompozisiya keçirilmişdir. Gənclər Mərkəzində keçirilən tədbir Xocalı soyqırımını özündə əks etdirən rəsm sərgisinə baxışla başlamışdır. Şəhər 1 saylı Musiqi Məktəbinin xor dərnəyi üzvlərinin ifasında Dövlət Himni səslənmişdir.
Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışmışdır. Qeyd etmişdir ki, Xocalı soyqırımının tanıdılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olunmuş, əsl həqiqət dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çatdırılmışdır. 26 fevralın Xocalı soyqırımı günü kimi qeyd olunması qərara alınmışdır.
Qazaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Sonra Xocalı soyqırımını əks etdirən film nümayiş olunmuşdur.

Qazax RİHB Aparatında baş məsləhətçi Teybə Hüseynova, böyük məsləhətçi Gülnar Quliyevə, aparıcı məsləhətçi Müşviq Pirverdiyev, gənc rəssam Akif Əmirov, şəhid kapitan Mühüd Orucov adına Tədris Mərkəzinin rəhbəri Gülanə Hüseynova, BDU Qazax filialının I kurs tələbəsi Kamil Müvəssəqi çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalıqnın başına gətirilmiş ən dəhşətli faciə olmasından söz açmışlar.

Tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında “Xocalı”, “Xocalını unutmadıq”, S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbin şagirdlərinin ifasında “Vətən sevgisi” adlı kompozisiyalar və Qazax Dövlət Dram Teatrı aktyorlarının ifasında Xocalı soyqırımına həsr olunmuş səhnəciklər nümayiş olunmuşdur.

M.Hüseyn adına məktəb-liseyin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər oxumuş, şəhər 1 və 2 saylı Musiqi Məktəblərinin xor dərnəkləri üzvlərinin ifasında “Sarı gəlin”, “Qalx ayağa Azərbaycan” və İ.Qayıbov adına şəhər 3 saylı tam orta məktəb şagirdlərinin ifasında “İgid əsgər” mahnıları ifa olunmuşdur.

Bakı vaxtilə saat 17:00-da rayonun bütün ərazisində, idarə, müəssisə və təşkilatlarda 1 dəqiqəlik sükut elan olunmuş, avtomobillərin hərəkəti dayandırılmış, səs siqnalları verilmişdir.

Elçin İSMAYIL

Facebook-da paylaş