Qazaxda Novruz yarmarkası davam edir » Göyəzən internet portalı


Qazaxda Novruz yarmarkası davam edir

Qazaxda Novruz yarmarkası davam edir
Qazaxda Novruz bayramı ilə əlaqədar keçirilən yarmarka davam edir. Şəhərdəki Təzə Bazarda təşkil edilmiş “Novruz” yarmarkasına şənbə günündə olduğu kimi bu gün də müxtəlif çeşiddə olan kənd təsərrüfatı və ərzaq məhsullurı, eləcə də ət və ət məhsulları çıxarılıb.

Fevral ayının 17-dən hər həftənin şənbə və bazar günləri təşkil olunan bayram yarmarkası rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə keçirilir. Rayon sakinləri, eləcə də qonaqlar çeşidləri müxtəlif olan keyfiyyətli ərzaq və kənd təsərrüfatı məhsulları alır, yarmarkanın xidmətindən yararlanırlar.

Bu gün Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev İcra Aparatının məsul işçiləri ilə birlikdə yarmarkada olub, satılan məhsulların çeşidləri və qiymətləri ilə maraqlanıb. Məlumat verilib ki, satılan məhsulların keyfiyyətləri yüksək, qiymətləri isə bazarla müqayisədə xeyli ucuzdur. Bütün məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı satılır. Hətta quzu əti alıcılara 9 manata, mal əti isə 6 manat 50 qəpiyə təklif olunur.

M.Alıyev yarmarkanın fəaliyyəti ilə tanış olarkən bir çox rayon sakinləri ilə görüşüb söhbət edərək alıcıların münasibətini öyrənib. Sakinlər Novruz bayramı ərəfəsində yüksək səviyyədə keçirilən bayram yarmarkasından, qiymətlərin ucuz olmasından razı qaldıqlarını bildiriblər. Ölkə Başçısına minnətdarlıq edərək yarmarkanın Novruz bayramı ərəfəsində keçirilməsini yüksək qiymətləndiriblər.

Yarmarka Novruz bayramına kimi davam edəcəkdir.

25 fevral 2018-ci il tarixdə keçirilmiş ərzaq məhsullarının satışı yarmarkasında qiymət aşağıdakı kimi olmuşdur


Qazaxda Novruz yarmarkası davam edir
Qazaxda Novruz yarmarkası davam edir
Qazaxda Novruz yarmarkası davam edir
Qazaxda Novruz yarmarkası davam edir
Qazaxda Novruz yarmarkası davam edir
Qazaxda Novruz yarmarkası davam edir
Qazaxda Novruz yarmarkası davam edir
Qazaxda Novruz yarmarkası davam edir
Qazaxda Novruz yarmarkası davam edir
Qazaxda Novruz yarmarkası davam edir


Facebook-da paylaş