BDU-nun Qazax filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib » Göyəzən internet portalı


BDU-nun Qazax filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

BDU-nun Qazax filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş  anım tədbiri keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Universitetin Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə müəllim və tələbələr iştirak edib.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
BDU-nun Qazax filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş  anım tədbiri keçirilib
BDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev tədbiri giriş sözü ilə açaraq Azərbaycanın üzləşdiyi işğal və etnik təmizləmə siyasətindən danışıb, Xocalı soyqırımı barədə tədbir iştirakçılarına geniş məlumat verib.
BDU-nun Qazax filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş  anım tədbiri keçirilib
Sonra anım tədbirində Xocalı faciəsini özündə əks etdirən video-çarx nümayiş etdirilib.
BDU-nun Qazax filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş  anım tədbiri keçirilib
Filialın müəllimi Zeynəb Mustafayeva “Xocalı: XX əsrin faciəsi” mövzusunda məruzə ilə çıxış edərək qeyd edib ki, XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlardan ən ağrılısı Xocalı faciəsidir. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet 366-cı motoatıcı alayı Xocalıya divan tutdu. Həmin vaxt dünya ictimaiyyətinin diqqəti bu dəhşətli soyqırıma yönəldilməli və hadisəyə hüquqi-siyasi qiymət verilməli idi. Lakin o vaxtkı hakimiyyət tərəfindən bunların heç biri edilmirdi. Qanlı Yanvar hadisələri zamanı olduğu kimi, bu hadisənin də əsl mahiyyəti ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra açıldı.

Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən iclasında Xocalı soyqırımı müzakirə edildi və hadisəyə hüquqi-siyasi qiymət verildi. Xocalı soyqırımı ilə bağlı qərar da həmin yığıncaqda qəbul edilərək fevral ayının 26-ı “Xocalı soyqırımı günü” elan olundu.

Respublika Prezidenti İlham Əliyev Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı belə demişdir: “Azərbaycana qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəlmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxaq miqyasda öz hüquqi–siyasi qiymətini almalıdır”.

Daha sonra filialın baş müəllimlərindən Səfayə Sadıqova “Tarixin qanlı səhifəsi”, Balabəyim Qədimova “Xocalı əsrin faciəsidir”, müəllim Gülnar Nəzərova “Xocalı faciəsinə sosial-iqtisadi baxımdan yanaşma”, tələbə Səkinə Əliyeva “Xocalı: soyqırım, tariximizin ən dəhşətli faciəsi” adlı mövzularla çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli faciə olduğunu qeyd ediblər.

Elçin İSMAYIL

BDU-nun Qazax filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş  anım tədbiri keçirilib
BDU-nun Qazax filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş  anım tədbiri keçirilib
BDU-nun Qazax filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş  anım tədbiri keçirilib
BDU-nun Qazax filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş  anım tədbiri keçirilib
BDU-nun Qazax filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş  anım tədbiri keçirilib
BDU-nun Qazax filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş  anım tədbiri keçirilib
BDU-nun Qazax filialında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş  anım tədbiri keçirilib


Facebook-da paylaş