Qazaxda əhalinin “Özünüməşğulluq” layihəsi uğurla icra olunur
Son illər Azərbaycanda dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi,
neft sektorundan asılılığın azalması, yeni istehsal müəssisələrinin istifadəyə
verilməsi, işsizliyin aradan qaldırılması və s. sosialyönümlü problemlərin həlli
istiqamətində məqsədyönlü işlər həyata keçirilir. "Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar davamlı surətdə yeni iş yerlərinin
açılması sahəsində mühüm addımlar atılır. Ölkə
prezidentinin əhalinin özünüməşğulluğunun təmin
olunması sahəsində əlavə tədbirlər haqqında 7 aprel 2016-cı il
tarixli Sərəncamı ilə ölkədə dövlət səviyyəsində özünüməşğulluq proqramına
başlanılması da bu sahədə mühüm addımların atılmasını şərtləndirir. Əhalinin
özünüməşğulluğunun təmin olunması və aztəminatlı ailələrin dövlətdən
asılılığının aradan qaldırılması üçün bu layihə olduqca böyük əhəmiyyət kəsb
edir. Belə ki, özünüməşğulluq proqramının praktik icrası çərçivəsində işsiz və
işaxtaran vətəndaşlar üçün təlim kursları təşkil olunur. Onlardan uğurlu biznes
planlara malik şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal
və materiallarla) təmin edilir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda
da özünüməşğulluq proqramı uğurla icra olunur. Əhalinin
özünüməşğulluğunun təmin edilməsi ilə bağlı Sərəncama uyğun olaraq Qazax rayon
Məşğulluq Mərkəzinə müraciət etmiş rayon sakinləri "Özünüməşğulluq” layihəsində
fəal iştirak edirlər. 2017-ci ildə 11 nəfər işaxtaran
kimi Mərkəzə müraciət etmiş rayon sakini "Özünüməşğulluq” layihəsindən yararlanmışdısa,
2018-ci ildə bu rəqəm daha da artıb. Ötən ilrayonda özünüməşğulluq proqramı çərçivəsində 100 ailədən 85-i
aktivlərlə təmin olunaraq dövlət dəstəyindən
faydalanıb. Həmçinin, yerdə qalan 15 ailə də yaxın zamanda aktivlərlə təmin
olunacaqlar. Rayonun Daş Salahlı, Aslanbəyli, Qarapapaq, Canalı,
Qazaxbəyli, Cəfərli, Çaylı, Xanlıqlar, Ürkməzli, Birinci Şıxlı, Fərəhli, Aşağı
Əskipara kəndlərindən olan və özünüməşğulluq layihəsindən yararlanan
sakinlər, sadə kəndlilər məşğulluqlarının təmin edilməsi, maddi rifah
hallarının yaxşılaşdırılması üçün yaradılan şəraitə görə ölkə başçısı İlham
Əliyevə minnətdarlıq edirlər. Bu layihəni kənd təsərrüfatı və heyvandarlıqla məşğul
olan insanlara olan dəstəyin, qayğının əyani sübutu kimi qiymətləndirirlər. GOYEZEN.AZ
Facebook-da paylaş