Qazaxda taxıl sahələrinin monitorinqi ilə bağlı tədbir keçirilib » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



Qazaxda taxıl sahələrinin monitorinqi ilə bağlı tədbir keçirilib

Qazaxda taxıl sahələrinin monitorinqi ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Prezidnetinin 27 mart 2017-ci il tarixli 2768 nörməli Sərəncamına əsasən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Qazax rayonu ərazisində əkilmiş taxılların monitorinqi ilə bağlı tədbir keçirilib.

Qazax rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Natiq Piriyev, idarənin dəftərxana rəisi Abbas Abbasov, idarənin böyük inspektoru Anar Əliyev, idarənin Dövlət Yanğın Nəzarəti şöbəsinin əməkdaşı Arzu Nəbiyev, rayonun kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, fermerlər, sahibkarlar, kənd təsərrüfatı idarəsinin məsul işçiləri iştirak ediblər.

Qazax RİHB Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Qazaxda taxıl sahələrinin monitorinqi ilə bağlı tədbir keçirilib
Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini Natiq Piriyev geniş məruzə ilə çıxış edərək məlum sərəncamdan irəli gələn vəzifələrdən danışıb. Sonra
Qazaxda taxıl sahələrinin monitorinqi ilə bağlı tədbir keçirilib
Qazax rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov, rayon Statistika İdarəsinin rəisi Faiq Paşayev söz alaraq Qazax rayonu ərazisində əkilmiş taxılların monitorinqi ilə bağlı görüləcək işlərdən söz açıblar.

Qazaxda taxıl sahələrinin monitorinqi ilə bağlı tədbir keçirilib
Qazaxda taxıl sahələrinin monitorinqi ilə bağlı tədbir keçirilib
Qazaxda taxıl sahələrinin monitorinqi ilə bağlı tədbir keçirilib
Qazaxda taxıl sahələrinin monitorinqi ilə bağlı tədbir keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş