Qazaxlı qadın idmançımız “Bakı-2017”nin ağır atletika yarışlarında bürünc medal qazanıb » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



Qazaxlı qadın idmançımız “Bakı-2017”nin ağır atletika yarışlarında bürünc medal qazanıb

Qazaxlı qadın idmançımız  “Bakı-2017”nin ağır atletika yarışlarında bürünc medal qazanıb
Bakıda keçirilən IV İslam Oyunlarında ağır atletika yarışları davam edir. Dünən çəkisi 63 kq olan qadınlar körpücük üzərinə çıxıblar.

Qazaxdakı “Zirvə” idman klubunun yetirməsi olan Elnarə Abbasova da medal mübarizəsi aparıb. Elnarə birdən qaldırma hərəkətində 82 kq, təkanla qaldırma hərəkətində isə 102 kq-ı ram edib. Toplam 184 kq (82+102) nəticə göstərən atletimiz bu çəkidə bürünc medal qazanıb.
Qazaxlı qadın idmançımız  “Bakı-2017”nin ağır atletika yarışlarında bürünc medal qazanıb
Elnarə Abbasova yarışdan sonra fikirlərini və sevinc hislərini AAAF TV ilə bölüşüb:

“Belə bir nəticəni gözləmirdim və çox sevincliyəm. Mən əziyyətimi çəkən məşqçim Rayət Abdalova təşəkkürümü bildirirəm və qarşılarında baş əyirəm. Yarış zalında göz yaşlarımı saxlaya bilmədim. Bu, mənim sevinc göz yaşlarım idi”.
Qazaxlı qadın idmançımız  “Bakı-2017”nin ağır atletika yarışlarında bürünc medal qazanıb
Qazaxlı qadın idmançımız  “Bakı-2017”nin ağır atletika yarışlarında bürünc medal qazanıb
Qazaxlı qadın idmançımız  “Bakı-2017”nin ağır atletika yarışlarında bürünc medal qazanıb
Qeyd edək ki, Elnarə Elçin qızı Abbasova ağır atletika ilə 2011-ci ildən məşğul olur. İndiyə qədər bir çox uğurlar qazanan Elnarə 2014-cü ildə Türkiyənin Ankara şəhərində keçirilən klublararası Dünya çempionatında II yerə çıxıb. Bu ilin mart ayında isə Bakıda keçirilən Respublika çempionatında qalib gələrək “mütləq çempion” adını qazanıb.
Qazaxlı qadın idmançımız  “Bakı-2017”nin ağır atletika yarışlarında bürünc medal qazanıb
Qazaxlı qadın idmançımız  “Bakı-2017”nin ağır atletika yarışlarında bürünc medal qazanıb
Həmyerlimiz E.Abbasovanı qazandığı qələbə münasibətilə səmimi qəlbdən təbrik edir, ona daha yüksək nailiyyətlər qazanmağı arzulayırıq.

GOYEZEN.AZ



Facebook-da paylaş