Qazaxda 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi yarışları keçirilib
Qazax Rayon Gənclər və İdman İdarəsinin 2020-ci ilin birinci
yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına əsasən 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş
sərbəst güləş üzrə rayon birinciliyi yarışları keçirilib. İ.Nəsibov adına Aşağı Əskipara
kənd tam orta məktəbin idman zalında keçirilən yarışda qalib adı uğrunda 73 nəfər
idmançı mübarizə aparıb. Sonda I, II, II yerləri tutan
idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq Fəxri Fərmanlarla
təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş