• Təqvim

  • Unutma

  • Maraq



Qazaxlı karateçilərdən növbəti qələbə

Qazaxlı karateçilərdən növbəti qələbə
Bu gün Qazaxda daim diqqət və qayğı göstərilən sahələrdən biri də idman sahəsidir. Rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən bu sahəyə olan qayğısı idmançılarımızın daha böyük qələbələr qazanmasına səbəb olur. Məhz bu diqqətin nəticəsidir ki, idmançılarımızın əldə etdikləri diplom və medalların, qazandıqları nailiyyətlərin sayı günü-gündən artır.

21-23 iyun tarixlərində Bakı şəhərində Karate üzrə Qara və Xəzər dənizi ölkələrinin çempionatı keçirilib. Qazaxlı idmançılar bu yarışdan da rayona qələbə sevinci ilə qayıdıblar.

Çempionatda Azərbaycan Milli Karate Federasiyasının Qazax nümayəndəliyinin idmançıları rayonumuzu uğurla təmsil ediblər.

Məşqçilər Vüqar Həsənov və Pərviz Namazovun rəhbərliyi altında idmançılarımız bu yarışda 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Həsənov Xəqan Adil oğlu (14-15 yaş/61 kq) kumite yarışlarında və M.Hüseyn adına məktəb-liseyin IV sinif şagirdi Həsənov Elcan Etibar oğlu (8-9 yaş) kata yarışlarında I yeri tutublar.

Bundan başqa, kata yarışlarında şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Həsənov Həsənəli Vüqar oğlu isə (14-15 yaş) II yeri qazanaraq yarışın gümüş medalına sahib olub.

Yarışın bürünc medalına şəhər 1 saylı tam orta məktəbin VIII sinif şagirdi Namazov Emin Pərviz oğlu (12-13 yaş), şəhər 3 saylı tam orta məktəbin X sinif şagirdi Yaqubov Vüsal Ərəstun oğlu (16-17 yaş) və kumite yarışında yenə də şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Namazov Vahid Pərviz oğlu (+70 kq), şəhər M.Hüseyn adına məktəb-liseyin IV sinif şagirdi Konalov Rəvan Rəşad oğlu (8-9 yaş, 38 kq) layiq görülüblər.

Qazaxlı karateçilərdən növbəti qələbə
Qazaxlı karateçilərdən növbəti qələbə
GOYEZEN.AZ


Facebook-da paylaş