Qazaxda şəhid Əli Əhmədovun xatirəsinə həsr olunmuş Karate-do üzrə açıq rayon birinciliyi keçirilib » Göyəzən internet portalı


Qazaxda şəhid Əli Əhmədovun xatirəsinə həsr olunmuş Karate-do üzrə açıq rayon birinciliyi keçirilib

Qazaxda şəhid Əli Əhmədovun xatirəsinə həsr olunmuş Karate-do üzrə açıq rayon birinciliyi keçirilib
Bu gün Qazax rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Milli Karate Federasiyasının Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə şəhid Əli Əhmədovun xatirəsinə həsr olunmuş Karate-do üzrə açıq rayon birinciliyi keçirilib.

Tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanında şəhidin şəkli əks olunmuş lövhəsi və şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Qazaxda şəhid Əli Əhmədovun xatirəsinə həsr olunmuş Karate-do üzrə açıq rayon birinciliyi keçirilib
Sonra Qazax Olimpiya İdman Kompleksində yarışın rəsmi açılış mərasimi olub. Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq şəhid Əli Əhmədovun döyüş yolundan danışıb. rayon rəhbərliyi tərəfindən şəhidlərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb.
Qazaxda şəhid Əli Əhmədovun xatirəsinə həsr olunmuş Karate-do üzrə açıq rayon birinciliyi keçirilib
Azərbaycan Milli Karate Federasiyasının Qazax nümayəndəliyinin rəhbəri Pərviz Namazov, rayon Təhsil şöbəsinin metodiki kabinetinin müdiri Məhəmməd Cəfərov, Ağköynək kənd icra nümayəndəsinin müavini Elçin Məmmədov, Qarabağ Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndəsi, ehtiyatda olan mayor Aftandil Cəfərov çıxış edərək gənc və yeniyetmələrin vətənpərvər ruhda böyüməsi, tərbiyə alması, şəhidlərimizi tanıması üçün bu cür tədbirlərin təşkil olunmasının böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

Şəhidin qardaşı Xətai Əhmədov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı İlham Əliyevə öz dərin minnətdarlığını bildirib. Qardaşının xatirəsinə həsr olunmuş tədbirin təşkil olunmasında əməyi keçən insanlara təşəkkürlərini çatdırıb.

Daha sonra döyüşlərə start verilib. Yarışda Qazax (2 komanda), Ağstafa (3 komanda), Tovuz (1 komanda), Göygöl (1 komanda) rayonlarından və Gəncə (1 komanda) şəhərindən ümumilikdə 105 nəfər idmançı iştirak edib.

Qalib və mükafatçılar rayon Gənclər və İdman İdarəsinin müvafiq diplom və medalları ilə təltif olunublar.

Qazaxda şəhid Əli Əhmədovun xatirəsinə həsr olunmuş Karate-do üzrə açıq rayon birinciliyi keçirilib
Qazaxda şəhid Əli Əhmədovun xatirəsinə həsr olunmuş Karate-do üzrə açıq rayon birinciliyi keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş