Qazağa » Göyəzən internet portalı


Qazağa

Qazağa
Dosta uzanıbdı açılan qolu,
Bəhanə eləmə gəl uzaq yolu,
Ürək istəyəndə yol yaxın olur,
Demə ki, gedirəm uzağa sanki.

Torpağı bürünüb yamyaşıl dona,
Eli bərəkətli, insanı doğma.
Gəncəni, Tovuzu keçəndən sonra,
Düşürsən isti bir qucağa sanki.

Sərhəddi keçilməz qaya tək sərtdi,
Düşmənin qəlbinə sağalmaz dərddi.
Hər oğlu, hər qızı igiddi, mərddi,
Bənzəyir yanan bir ocağa sanki.

Düz çıxıb verdiyi sözə, ilqara,
Qurub-yaradırlar baxırsan hara.
Bu elin qışı da dönüb bahara,
Gül-çiçək yağıbdı Qazağa sanki.

Elçin İSMAYIL
29 noyabr 2016-cı il


Facebook-da paylaş