Növbəti diaqnostik qiymətləndirmə başlanıb » Göyəzən internet portalı


Növbəti diaqnostik qiymətləndirmə başlanıb

Növbəti diaqnostik qiymətləndirmə başlanıb
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 4-də Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Tovuz Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirmədə 6 min nəfərə yaxın müəllim iştirak edəcək. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaqlar. Qiymətləndirmə üç gün davam edəcək.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin, həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.



Facebook-da paylaş