On bir rayonun məktəblilərinin şimal-qərb bölgəsinə ekskursiyaları başa çatıb » Göyəzən internet portalı


On bir rayonun məktəblilərinin şimal-qərb bölgəsinə ekskursiyaları başa çatıb

On bir rayonun məktəblilərinin şimal-qərb bölgəsinə ekskursiyaları başa çatıb
GOYEZEN.AZ AZƏRTAC-a əsasən bildirir ki, ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində martın 23-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyalara başlayan 11 rayonun – Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, İmişli, Füzuli, Daşkəsən, Tovuz, Qazax, Ağstafa və Göyçay rayonlarının 440 nəfər məktəblisi və onları müşayiət edən şəxslər martın 26-da ekskursiyalarını başa vuraraq Şəki və Qəbələ şəhərlərindən yaşadıqları rayonlara yola düşüblər.

Şəki şəhərindəki “Marxal” müalicə-istirahət kompleksində və Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelində yerləşən məktəblilər ekskursiya müddətində Şəki, Qəbələ və Zaqatala şəhərlərindəki görməli yerlərlə, muzeylərlə, tarixi məkanlarla yaxından tanış olublar.
On bir rayonun məktəblilərinin şimal-qərb bölgəsinə ekskursiyaları başa çatıb
Qəbələdəki “Tufandağ” qış-yay turizm istirahət kompleksinə, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Vəndam qəsəbəsindəki “Yeddi gözəl” şəlaləsinə ekskursiyalar, sıx meşəlik və dağlıq ərazidə yerləşən Nohur gölünün ətrafında gəzinti, “Beltmann” piano fabriki, Nic qəsəbəsindəki “Cotari” alban-udin kilsəsi, Şəki şəhərindəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu, Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, “Yuxarı Karvansaray” mehmanxana kompleksi, Dairəvi Məbəd, muzeylər, Zaqatala şəhərindəki Tarix-Mədəniyyət Qoruğu, “Qaladüzü pilləkənləri”, “Dədə Qorqud” meydanı, muzeylər, həmçinin fındıq emalı müəssisəsi ilə tanışlıq tur-aksiya iştirakçılarının böyük marağına səbəb olub.
On bir rayonun məktəblilərinin şimal-qərb bölgəsinə ekskursiyaları başa çatıb
Məktəblilər Qəbələ, Şəki və Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.



Facebook-da paylaş