BDU-nun Qazax filialında “Məzun günü” keçirilib
Bakı Dövlət Universitetinin
Qazax filialında "Məzun günü” qeyd edilib. Filialın qarşısında təşkil olunan
tədbirdə təhsil ocağının məzunları ilə yanaşı, professor və müəllimlər,
tələbələr, valideynlər iştirak edib. Tədbir Dövlət Himninin
səsləndirilməsi ilə başlayıb. Aparıcılar 2016-cı ildən
fəaliyyətə başlayan filialda ilk dəfə "Məzun günü” keçirildiyini bildiriblər. Filialın direktoru, dosent
Arif Rüstəmov tədbirdə çıxış edərək məzun adını qazanan bütün tələbələri təbrik
edib, gənclərə öz tövsiyələrini verib: "Böyük hədəflərə gedən yol məhz, bu
gündən başlayır. Çalışın dövlətin maraqlarını hər zaman öz maraqlarınızdan
üstün tutun. Bu yolda hər birinizə uğurlar diləyirəm”. Professor Hüseyn Xəlilov, filialın direktor müavini,
dosent Məmməd Yusifov, müəllimlərdən Mübariz Süleymanov çıxış edərək məzunlara
arzu və istəklərini çatdırıblar. Söz alan məzunlar onların bilikli və təcrübəli
mütəxəssis kimi yetişmələrində əməyi olan bütün professor və müəllimlərə öz dərin
minnətdarlıqlarını bildiriblər. Tədbirdə təhsil sahəsində fərqlənən bir qrup məzuna
Fəxri Fərmanlar verilib. Sonra tədbir tələbələrin təşkil etdikləri bədii
proqramla davam edib.
GOYEZEN.AZ
Facebook-da paylaş