BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş idman yarışları keçirilib » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq

BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş idman yarışları keçirilib

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər, idman yarışları keçirilir.

Növbəti idman yarışlarından biri Bakı Dövlət Universitetinin Qazax filialında təşkil olunub. İdmanın sərbəst güləş növü üzrə keçirilən yarışda və mini futbol üzrə keçirilən turnirdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr iştirak edib.

Sərbəst güləş üzrə 5 çəki dərəcəsində keçirilən yarışın qalibləri bəlli olub. 57 kq-da Təbriz Əşrəfli I yerə, Toğrul Teymurlu II yerə, Anar Ağakişiyev III yerə layiq görülüblər.

61 kq-da mübarizə aparan iştirakçılardan Əkbər Qədirov I, Nicat Xəlili II, Nicat Zeynallı isə III yerə sahib olublar.

65 kq çəkidə I yerin sahibi Teymur Məmmədov, II yerin sahibi Tural Məmmədli, III yerin sahibi isə Eltun Həsənov olub.

74 kq-da mübarizə aparan Nəvai Mirzəyev yarışın birincisi, Ənbər Məmmədli ikincisi, İlham Əliyev isə üçüncüsü olub.

86 kq-da yarışan Məhəmməd Zərbalılı, Tural Məmmədhüseynov və Sərxan Hüseynov isə müvafiq yerləri bölüşüblər.

Mini futbol üzrə keçirilən turnirdə isə 8 komanda iştirak edib. Filial üzrə ixtisas qrupları arasında keçirilən turnirdə “Sosial iş–1-17”, “Tarix-coğrafiya–1-16”, “Qiyabilər”, “Coğrafiya müəllimliyi–1-17”, “Tarix-coğrafiya–1-14”, “Tarix-coğrafiya–1-17”, “Tarix–1-17” və “Tarix müəllimliyi–1-17” komandaları qalibiyyət uğrunda mübarizə aparıblar.

Gərgin mübarizə şəraitində keçən oyunda “Tarix–1-17” komandası turnirin qalibi olub.

Qalib komandanın üzvlərinə filialın Diplomları təqdim olunub.

BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş idman yarışları keçirilib
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş idman yarışları keçirilib
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş idman yarışları keçirilib
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş idman yarışları keçirilib
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş idman yarışları keçirilib
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş idman yarışları keçirilib
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş idman yarışları keçirilib
BDU-nun Qazax filialında ulu öndər Heydər Əliyevin ildönümünə həsr olunmuş idman yarışları keçirilib
GOYEZEN.AZ

Facebook-da paylaş