Qazaxda “Aprel şəhidlərimizi tanıyaq və tanıdaq” adlı layihənin icrası çərçivəsində şəhid ailələri ilə görüş keçirilib
Azərbaycan Respublikasının Gənclər
Fondunun dəstəyi ilə "Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai
Birliyi "Aprel şəhidlərimizi tanıyaq və tanıdaq” adlı layihəsinin
icrası çərçivəsində bu gün Aprel döyüşlərində şəhid olmuş qəhrəmanların ailə
üzvləri ilə görüş keçirilib. Qazax Gənclər Mərkəzində təşkil olunan görüşün əsas
məqsədi layihə çərçivəsində görülən işlər haqda gənclərə məlumat vermək və gələcək
layihələr haqda fikir mübadiləsi aparmaqdır. "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai
Birliyinin sədri, Əməkdar məşqçi Azər Əliyev tədbiri giriş sözü ilə açaraq layihənin məqsəd
və əhəmiyyətindən danışıb. Aprel döyüşlərində şəhid olmuş kapitan Orucov Mühüd
Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və əsgər Əliyev Orxan
Məhəmməd oğlunun göstərdikləri qəhrəmanlıqlardan söz açan birlik sədri onların keçdikləri
döyüş yolunun gələcək nəsillərə örnək olduğunu bildirib. İllər ötsə belə
onların daim qəlblərdə yaşayacağını, xatirələrinin hər zaman əziz tutulacağını
bildirib. Layihə çərçivəsində reallaşan 9 tədbir haqqında məlumat çatdıran
A.Əliyev tədbirlər və turnirlər zamanı fərqlənən 97 nəfər gəncə medal və diplom
verildiyini qeyd edib. Həmçinin layihədə kütləviliyin tam təmin olunduğunu söyləyib. Tədbirdə iştirak edən Gənclər Fondunun əməkdaşı
Zaur Osmanov çıxış edərək layihənin önəmini vurgulayıb. Gənclər Fondunun
fəaliyyəti haqqında məlumat verərək bu cür layihələrin hər zaman üstünlük
təşkil etdiyini bildirib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında,
şəhidlərimizin, Milli Qəhrəmanlarımızın tanıdılması, gələcək nəsillərə
ötürülməsində bu cür layihələrin böyük əhəmiyyət daşıdığını qeyd edib. Tədbir iştirakçılarından Qazax Rayon İcra
Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Sərdar Orucov da tədbirin önəmi,
layihənin mahiyyəti haqqında danışıb. Gənclərə şəhidlərimizin əziz xatirəsinə
həsr olunmuş belə layihələrdə aktiv iştirak etməyi, eyni zamanda da
bəhrələnməyi tövsiyə edib. "Azərbaycan Qarabağ
Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin Qazax
rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Silahlı
qüvvələrimizin veteranı, ehtiyatda olan polkovnik-leytenant Ərəstun Hacıyev və
II qrup Qarabağ müharibəsi əlili Qurban Qurbanov şəhidlərimizin keçdikləri şərəfli
döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan, Azərbaycanın vətənpərvər övladları
olaraq Vətən və xalq naminə şəhidlik zirvəzinə ucalmalarından söhbət açıblar. Qazax Gənclərin İnkişaf və
Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov layihə çərçivəsində əməkaşlıq
haqda, eləcə də mərkəzin şəhidlərimizlə bağlı gördüyü işlər haqda gənclərə
ətraflı məlumat verib. Aprel şəhidlərimiz kapitan
Mühüd Orucovun atası Qurban Orucov, baş leytenant Elvin Namazovun qardaşı Elbəy
Namazov və əsgər Orxan Əliyevin atası Məhəmməd Əliyev çıxış edərək əzizlərinin
xatirəsinin yüksəkdə tutulmasına, hər zaman yad olunmasına görə layihə
təşkilatçılarına öz minnətdarlıqlarını bildirib, gələcəkdə də bu cür yeni
layihələrin keçirilməsini arzulayıblar. Dövlətimiz və ölkə başçısı, eləcə də
rayon rəhbərliyi tərəfindən şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu
bir daha diqqətə çatdırıblar. Tədbirdə gənclərlə mövzu
ətrafında söhbətlər aparılıb, onların fikir və düşüncələri, maraqlı təklifləri
öyrənilib. Sonda xatirə şəkilləri çəkdirilib.
GOYEZEN.AZ
Facebook-da paylaş