Qazaxda şəhər 2 saylı bağçanın uşaqları üçün Yeni il şənliyi təşkil olunub
Respublikamızın hər yerində
olduğu kimi, Qazax rayonunda da 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni ilin gəlişi münasibətilə bayram tədbirlərinə start verilib. Bu
tədbirlər çərçivəsində şəhərdə yerləşən 2 saylı uşaq bağçasında da Yeni il
şənliyi keçirilib.
Rayon İcra Hakimiyyəti
başçısının müavini Gulaya Həsənova çıxış edərək əlamətdar bayramlar
münasibətilə körpə fidanları, bağçanın müəllim kollektivini səmimi qəlbdən təbrik
edib, xoş arzularını bildirib. Uşaqların keyfiyyətli təhsil almalarının, yüksək
səviyyəli tibbi xidmətlə təmin olunmalarının, onların sağlam mənəvi və sosial
müdafiə mühitində böyümələrinin vacibliyini vurğulayıb. Müavin qeyd edib ki,
uşaqların bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycanda
dövlətin onlara göstərdiyi qayğı və diqqətin başlıca prinsipidir. Rayonumuzda körpə fidanlara göstərilən diqqət
və qayğıdan söz açan müavin rayon rəhbərliyinin bu sahəyə xüsusi həssaslıqla
yanaşdığını, onların gözəl şəraiti olan bağçalarda tərbiyə olunmaları istiqamətində
məqsədyönlü işlər gördüyünü qeyd edib. Şəhərdə
yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu
qeyd edən müavin bu gün rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2,
Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər
birində 1 bağçanın da təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Rayonda
körpə balalara göstərdiyi sonsuz diqqət və qayğıya görə rayon rəhbərliyinə
bağça kollektivləri və valideynlər adından dərin minnətdarlığını çatdırıb. Sonra söz körpə fidanlara verilib. Şaxta baba və Qar qızın müşaiyəti
ilə keçirilən şənlikdə uşaqların ifasında vətənpərvərlik şeirləri və mahnıları
səsləndirilib. Bayramlara həsr olunmuş maraqlı kompozisiyalar, rəqslər təqdim
olunub. GOYEZEN.AZ
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova,
aparatın əməkdaşları Gülnar Quluyeva və Ayşən Qurbanova iştirak ediblər.
Rayonda olan bağçalardakı şəraitdən, körpə
balalara olan qayğıdan söz açan G.Həsənova bildirib ki, bu gün 25 bağçadan 18-i
müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından -
1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi
köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd
2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr
evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq
bağçaları bu dediklərimizin əyani sübutudur.
Facebook-da paylaş