Qazax rayon İcra Hakimiyyətində görüş keçirilib » Göyəzən internet portalı


Qazax rayon İcra Hakimiyyətində görüş keçirilib

Qazax rayon İcra Hakimiyyətində görüş keçirilib
Bu gün respublikamızda, eləcə də rayonumuzda bütün sahələr kimi xalçaçılığın inkişaf etdirilməsi üçün də lazımi tədbirlər həyata keçirilir. Qazax şəhərində “Azərxalça” ASC tərəfindən inşa edilən və artıq tikintisi başa çatmaq üzrə olan Xalça müəssisəsi bu istiqamətdə həyata keçirilən məqsədyönlü işlərin ən bariz nümunəsidir.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mütəmadi olaraq tikintiyə baş çəkir, işlərin gedişatı ilə maraqlanır, tapşırıq və tövsiyələrini verir. Yüksək keyfiyyətlə inşa edilmiş Xalça müəssisəsi yaxın günlərdə istifadəyə veriləcəkdir.

Bununla bağlı bu gün rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Xalça müəssisəsində işləmək üçün Qazax rayon Məşğulluq Mərkəzində qeydiyyatda olan işsizlərlə görüş keçirib.

Görüşdə Qazax RİHB Aparatının məsul işçiləri, rayon Məşğulluq Mərkəzinin direktoru Elçin Nəsibov, işsizlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir və biz əsrlər boyu bu sənəti yaşadırıq. Azərbaycan xalçaçılığın vətənidir. Hazırda respublikada xalçaçılıq sənətinin inkişafı ilə bağlı əlavə tədbirlər görülür.
Qazax rayon İcra Hakimiyyətində görüş keçirilib
İcra Başçısı qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixli Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və ilkin mərhələdə "Azərxalça" ASC-nin Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ kimi rayonlarda filiallarının yaradılması nəzərdə tutulmuşdur. Adı çəkilən bu rayonlarda filial binalarının bir çoxu artıq tikilib istifadəyə verilmişdir. Hazırda Qazax rayonunda Xalça müəssisəsində son tamamlama işləri görülür. Müəssisədə 160 nəfərin işlə təmin olunacağını vurğulayan İcra Başçısı bildirib ki, bundan başqa rayonda hazırda yeni sənaye və kənd təsərrüfatı müəssisələri, ticarət obyektləri tikilir. Burada da yüzlərlə rayon sakini işlə təmin olunacaqlar.

Görüşdə şəhər sakini Ziba Qasımova çıxış edərək rayonda aparılan geniş tikinti-quruculuq və abadlıq işlərinin rayon əhalisi tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd edib. Xalçaçılıq peşəsinə yiyələndiyi, lakin bu günədək işlə təmin olunmadığını bildirərək rayonda Xalça müəssisəsinin açılmasına çox şad olduğunu vurğulayıb.

Z.Qasımova ölkədə işsizliyin aradan qaldırılması istiqamətində görülən bütün işlərə və onlara yaradılan bu yüksək şəraitə görə Ölkə Başçısı İlham Əliyevə, rayon rəhbərliyinə öz adından və bütün işsizlər adından dərin minnətdarlığını bildirib.

GOYEZEN.AZ

Qazax rayon İcra Hakimiyyətində görüş keçirilib
Qazax rayon İcra Hakimiyyətində görüş keçirilib


Facebook-da paylaş