Qurban bayramında uzunömürlü insanlar da yad edilib – » Göyəzən internet portalı


Qurban bayramında uzunömürlü insanlar da yad edilib – Qazaxda

Qurban bayramında uzunömürlü insanlar da yad edilib –

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da insanları birliyə, həmrəyliyə çağıran Qurban bayramı böyük təntənə ilə qeyd olunub. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qurbanlar kəsilib, rayonun şəhər və kəndlərində yaşayan şəhid ailələrinə, Qarabağ Müharibəsi Əlillərinə və Veteranlarına, bütün aztəminatlı ailələrə evlərində qurban payları verilib.

Qazaxda yaşayan uzunömürlü insanların sayı da kifayət qədərdir. Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən ömrünün ahıl çağlarını yaşayan həmin uzunömürlü insanlar da yad edilib.
Qurban bayramında uzunömürlü insanlar da yad edilib –
Bayram münasibətilə rayon rəhbərliyinin tapşırığına əsasən rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənovanın rəhbərliyi ilə aparatın məsul işçiləri, KİV nümayəndələri rayonun Kəmərli, Yuxarı Salahlı, Aşağı Salahı, Daş Salahlı, Ürkməzli, Kommuna, Çaylı, HüseynbəyliCəfərli kəndlərində həmin yaşlı insanların evlərində qonaq olub, onlara baş çəkib, bayramlarını təbrik ediblər.
Qurban bayramında uzunömürlü insanlar da yad edilib –
Qurban bayramında uzunömürlü insanlar da yad edilib –
Gulaya Həsənova nurani insanlara rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun səmimi salamlarını və bayram təbriklərini çatdırıb. İcra Başçısının rayonda ömrünün ahıl çağlarını yaşayan insanlara olan səmimi münasibətindən, göstərdiyi qayğıdan danışıb, onların daim diqqət mərkəzində saxlanıldığını bildirib. Qeyd edib ki, bu gün rayon rəhbərliyinin tapşırığına əsasən sizlərə baş çəkməyə gəlmişik.
Qurban bayramında uzunömürlü insanlar da yad edilib –
Qurban bayramında uzunömürlü insanlar da yad edilib –
Qonaqları səmimi qarşılayan 110 yaşlı Səyalı Nəbiyeva, 107 yaşlı sakinlərdən Sədiqə Süleymanova, Səkinə Nuruyeva, 105 yaşlı sakinlərdən Səkinə Mirzəyeva, Lütviyə Vələdova, 101 yaşlı sakinlərdən Lilpar Həsənova, Qaratel Bənnayeva, Gilas Tanrıverdiyeva, 100 yaşlı Məhi Vəliyev və ailə üzvləri onları salamlayıb, rayon rəhbərliyindən razı qaldıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün ömrünün ahıl çağlarını yaşayan bizim kimi insanları axtarmağınız, bizimlə yaxından maraqlanmağınız, diqqət və qayğı göstərməyiniz bizi çox sevindirir. Bu gün bizim evimizdə olduğunuza və bizə diqqət ayırıb bayramımızı təbrikə gəldiyinizə görə ailəmiz adından Rəcəb müəllimə öz dərin minnətdarlığımızı bildiririk. Qoy Allah ona və sizə gələcək işlərinizdə yardımçı olsun.

Səmimi və bayram əhval-ruhiyyəli görüşün sonunda qonaqlar xatirə şəkli çəkdiriblər.

Qurban bayramında uzunömürlü insanlar da yad edilib –
Qurban bayramında uzunömürlü insanlar da yad edilib –
Qurban bayramında uzunömürlü insanlar da yad edilib –
Qurban bayramında uzunömürlü insanlar da yad edilib –
Qurban bayramında uzunömürlü insanlar da yad edilib –
Qurban bayramında uzunömürlü insanlar da yad edilib –
Qurban bayramında uzunömürlü insanlar da yad edilib –
Qurban bayramında uzunömürlü insanlar da yad edilib –
GOYEZEN.AZ


Facebook-da paylaş