Futbol turniri polis gününə həsr olunub - » Göyəzən internet portalı

Futbol turniri polis gününə həsr olunub - Qazaxda

Futbol turniri polis gününə həsr olunub -
Azərbaycan polisinin 99 yaşı tamam olur. Bu münasibətlə “Avey” idman klubunun və Qazax rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə mini-futbol turniri keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə 5 komanda iştirak edib. 26-29 iyun tarixlərində təşkil olunmuş mini-futbol turnirində Qazax rayon Polis şöbəsinin, Qazax Daxili Qoşunların, Ağstafa rayon Polis şöbəsinn, Tovuz rayon Polis şöbəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşlarından ibarət olan komandalar birincilik uğrunda mübarizə aparıblar.

Final qarşılaşması isə Qazax Daxili Qoşunlar və Tovuz rayon Polis şöbəsinin komandaları arasında olub.

Gərgin oyun mübarizəsi şəraitində keçən yarışda qalib komandalar bəlli olub. Beləliklə, Tovuz rayon Polis şöbəsinin komandası birinci, Qazax Daxili Qoşunlarının komandası ikinci, Qazax rayon Polis şöbəsinin komandası isə üçüncü yeri tutublar.

Qalib komandalar və üzvləri təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif olunublar.

Qaliblərin təltif olunma mərasimində çıxış edən Qazax rayon Polis şöbəsinin rəisi Ədalət Əliyev bütün polis işçilərini 2 iyul - peşə bayramı günü münasibətilə təbrik edib, onlara daha böyük qələbələr arzulayıb.

Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov, Qazax rayon prokuroru Əlirza Babayev, “Avey” idman klubunun direktoru Şahsuvar Məhyəddinov və başqaları çıxış edərək öz təbriklərini bildiriblər.

GOYEZEN.AZ

Facebook-da paylaş