Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və
müraciətlərinə əsasən fərdi şəkildə qəbul edərək onları narahat edən
məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Çaylı kənd sakini Nəbiyev Xanbaba Məşədi
oğlunun torpaq məsələsi ilə bağlı müraciətini dinləyən rayon rəhbəri aidiyyəti
şəxslərlə birlikdə yerində baxış keçiriləcəyini qeyd edib. Şəhər sakinləri Nəsibova Şəlalə İsmixan
qızının, Şıxıyeva Sona Aftandil qızının, Xuduyeva Gülnaz Səfər qızının,
Mehdiyeva Şəfiqə Beyis qızının, Yuxarı Salahlı kənd sakini Alıyeva Aliyə Tofiq
qızının, Cəfərli kənd sakini Almazov Kamal Məhəmməd oğlunun (övladının),
Ağköynək kənd sakini Qaragözova Mələk Şahin qızının işlə təmin olunmaları
barədə müraciətlərinə cavab olaraq vətəndaşların istəklərinə uyğun boş iş yeri
yaranan zaman baxılacağı bildirilib. Şəhər sakini Müftizadə Həsən Məhəmməd oğlunun,
Orta Salahlı kənd sakini Babacanov Nəbi Musa oğlunun müxtəlif səpkili
müraciətləri də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş