Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və
müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Qəbul zamanı vətəndaşları narahat
edən bir sıra məsələlər dinlənilib.
Şəhər sakini Həsənov Cəfər Mədət oğlu müraciətində
obyektin yüngül konstruksiysına icazə verilən layihənin dəyişdirilməsinə köməklik
olunmasını qeyd edib. Vətəndaşa rəsmi müraciət etməsi bildirilib.
Xanlıqlar kənd sakini Əhmədova Rayə Eyvaz qızının işlə təmin olunması ilə bağlı müraciətinə cavab olaraq
Rayon Məşğulluq Mərkəzində qeydiyyata düşməsi tövsiyə olunub. İstəyinə uyğun
müvafiq iş yeri yaranan zaman baxılacağı söylənilib.
Şəhər sakini Abbasova Kamilə Rəcəb qızının, Xanlıqlar
kənd sakini Eyvazov Hacıməmməd Mehralı oğlunun müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq
cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş