N.Nərimanov qəsəbəsində məskunlaşmış məcburi köçkünlərin müraciətinə baxılıb
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinə müraciət etmiş şəhərin Nəriman Nərimanov qəsəbəsində
məskunlaşmış Aşağı Əskipara, Yuxarı Əskipara, Barxudarlı və Sofulu kənd sakinlərinin müraciətinə
baxılıb. Vətəndaşlar illər öncə onlara məxsus olan fərdi qaz sayğacında
yaranmış borcun hazırda yeni qoyulmuş SMART sayğacın kartına yüklənmiş
məbləğdən silinməsi ilə bağlı müraciət etdiklərini bildiriblər. Sakinləri dinləyən Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov dövlətimiz və ölkə başçısı İlham Əliyev tərəfindən məcburi
köçkün ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Ölkə rəhbərinin
məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin Qazaxda
da hər zaman uğurla yerinə yetirildiyini, onları narahat edən məsələlərə həmişə
xüsusi həssaslıqla yanaşıldığını bildirib. Rayon rəhbəri həmişə olduğu
kimi, qeyd olunan bu məsələyə də dəqiq və operativ şəkildə baxılacağını və
nəzarətdə saxlanılacağını vurğlayıb. Vətəndaşları narahat edən məsələnin dəqiq
şəkildə araşdırılması və məsələnin köklü şəkildə həll olunması ilə bağlı
aidiyyəti təşkilat rəhbərinə tapşırıq verib. Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin rəis müavini Taleh Şamradov və sahənin satış üzrə əməkdaşı Müşfiq Yusifov verilən tapşırığa
ciddi əməl olunacağını, məsələnin ətraflı şəkildə araşdırılacağını və həlli
istiqamətində müvafiq işlər görüləcəyini bildiriblər. Sakinlər məcburi köçkün
ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon
rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onları qəbul edib müraciətlərini
dinlədiyinə görə razılıqlarını ifadə ediblər.
GOYEZEN.AZ
Facebook-da paylaş