Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları BDU-nun Qazax filialında olublar
Bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ)
əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında olub, müəllim və
tələbələrlə görüşüblər. Filialın Heydər Əliyev auditoriyasında keçirilən görüşdə Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, İlahiyyat
İnstitutunun rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, İnstitutun
dekanı Mirniyaz Mürsəlov, magistratura
və doktorantura şöbəsinin müdiri Fidan
Yusifova, KİV nümyəndələri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov giriş sözü ilə çıxış edərək qonaqları və müəllim-tələbə kollektivini müqəddəs
Ramazan bayramının başlanması münasibətilə təbrik edib, xoş arzularını
çatdırıb. BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək qonaqları salamlayıb, ən xoş ürək sözlərini çatdırıb. Bugünkü görüşün təşkilinə görə rayon rəhbərliyinə və
İnstitutun əməkdaşlarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını
bildirib. Ölkəmizdə uğurlu təhsil siyasətinin əsasının ulu öndər Heydər Əliyev
tərəfindən qoyulduğunu, bu gün isə ulu öndərin layiqli davamçısı İlham Əliyevin
həmin siyasəti olduğu kimi həyata keçirdiyini bildirib. A.Rüstəmov Azərbaycanda
dövlət-din münasibətlərindən söz açaraq bu sahənin də ölkə rəhbərinin daim diqqət
mərkəzində olduğunu qeyd edib. Ölkəmizdə ekstremizmə, fanatizmə, radikalizmə və
digər dini cərəyanlara qarşı məqsədyönlü işlərin görüldüyünü qeyd edib. Respublika
Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında 9 fevral 2018-ci il tarixli sərəncamla
Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu sahədə atılan ən uğurlu
addım kimi dəyərləndirib. Aİİ
rektoru Ceyhun Məmmədov çıxış edərək müəllim və tələbələri salamlayıb, tədbirin
belə yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə və filialın
kollektivinə minnətdarlığını bildirib. Ölkəmizin
ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin Qazax filialında olmaqdan
məmnunluğunu diqqətə çatdıran rektor bu cür görüşlərin mütəmadi olaraq
keçirilməsini arzu edib və hər an belə görüşlərə hazır olduqlarını qeyd edib.
C.Məmmədov bildirib ki, bugünkü görüşün əsas məqsədi İnstitut haqqında məlumat
vermək, eyni zamanda, 2019-2020-ci tədris ili üçün İnstituta yüksək
intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə maarifləndirici məlumatlar
verməkdir. Rektor bu gün ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə
tənzimlənməsinin məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Ümummilli liderin dinimiz haqqında vaxtilə söylədiyi "Dinimiz xalqımızın milli
sərvətidir” cümləsini qeyd edərək bu gün həmin sərvətə ölkə başçısı İlham
Əliyev tərəfindən layiqincə sahib çıxıldığını vurğulayıb. Bunun ən bariz nümunəsinin
isə 9 fevral 2018-ci il tarixli sərəncam və həmin sərəncama əsasən Azərbaycan
İlahiyyat İnstitutunun yaradılması olduğunu bildirib. Bu gün tələbələrə tədrislə
bərabər təlim və tərbiyənin verilməsinin böyük önəm daşıdığını qeyd edən rektor
bu sahədə İnstitut kollektivi tərəfindən mühüm işlər görüldüyünü diqqətə
çatdırıb. C.Məmmədov qeyd edib ki, bu gün sevindirici haldır ki, Qazaxda təhsil
və din sahəsi paralel olaraq daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının
arzu və istəklərinə uyğun olaraq böyük işlər həyata keçirilir. Rektor çıxışının
sonunda institutla filial arasında dostluq əlaqələrinin bundan sonra da davam
etdiriləcəyini bildirib və bu cür görüşlərin İlahiyyat İnstitutunda da təşkil
olunmasını arzu edib. Aİİ-nin İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov ali
təhsil müəssisəsinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Bu gün ən gənc ali təhsil ocağı olmasına baxmayaraq
İnstitutda 100-dən çox tələbənin təhsil aldığını qeyd edib. 1 yaşını qeyd edən
ali təhsil ocağında bu gün tələbələrin bilikli, savadlı, intellektli, ən əsası
da peşəkar mütəxəssislər kimi yetişmələri üçün hər cür şərait yaradıldığını bildirib.
Ötən 1 il ərzində İnstitutun kollektivi olaraq xeyli sayda işlər görüldüyünü
vurğulayıb. Qeyd edib ki, İnstitutun kollektivi olaraq ən əsas hədəf və
məqsədimiz bu təhsil ocağını elmi-tədqiqat mərkəzinə çevirməkdir. Bunun üçün
məqsədyönlü layihələrin, proqramların hazırlandığını diqqətə çatdırıb. Aİİ-nin magistratura
və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali
təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin, mövcud ixtisaslar haqqında geniş
məlumat verib. O,İnstituta
qəbul olunmuş hər bir abituriyentindövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və
digər imtiyazlardan tam yararlanacağını
bildirib. Bundan başqa, tələbələrin ödənişsiz geyim və
yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına
cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini qeyd edib. Sonra tələbələri
maraqlandıran suallar cavablandırılıb.
Facebook-da paylaş