Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Ölkə başçısı İlham Əliyevin siyasətinin əsasını təşkil
edən vətəndaş amili respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da
daim diqqət mərkəzində saxlanılır. Son iki il yarımda icra başçısının rayonda keçirdiyi
fərdi qəbullar bir amala xidmət edir ki, onun da kökündə sakinlərin qayğıları,
arzu və istəkləri, onları narahat edən məsələlər dayanır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları
narahat edən məsələləri dinləyib.
Yuxarı Əskipara kənd sakini İsayeva Kamilə Telman qızının sığınacaqla təmin
olunması barədə istəyini dinləyən rayon rəhbəri məsələyə baxılacağını bildirib.
Şəhər sakini Hüseynov Cavid Hacı oğlunun, Yuxarı Əskipara kənd sakini
Ömürova Yetər Ramiz qızının işlə təmin olunmaları barədə müraciətlərinə cavab
olaraq müvafiq iş yerləri təklif olunub
və aidiyyəti üzrə tapşırıq verilib.
Kəmərli kənd sakini, təqaüdçü Fərruxov Nərman Fərrux oğlu isə oğlunun
müalicəsinə köməklik olunmasını xahiş edib. Vətəndaşı diqqətlə dinləyən icra
başçısı aidiyyəti üzrə müraciət etməsini bildirib. Müraciətə baxılması üçün
aidiyyəti şəxslərə tapşırıq verib. Şəhər sakini, III qrup Qarabağ müharibəsi
əlili Davidov Fikrət Gülalı oğlu istifadə etdiyi obyektin müqavilə müddətinin
uzadılması ilə bağlı müraciət edib. Vətəndaşa rəsmi qaydada ərizə ilə müraciət
etməsi tövsiyə olunub və istəyi ilə bağlı köməklik olunacağı bildirilib.
Quşçu Ayrım kənd sakini, şəhid ailəsi Talıbov Qədimalı Qiyas oğlunun, Aşağı
Əskipara kənd sakini, I qrup gözdən əlil Alıyev Möhübbət Alı oğlunun, Ağköynək kənd sakini Mustafayev Ceyhun Babək
oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq
olaraq cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş