Qazax şəhər 1 saylı körpələr evi-uşaq bağçasında yeni il şənliyi keçirilib
Uşaqların həvəslə gözlədikləri bayramlardan biri də
yeni il bayramıdır. Həmin gün uşaqlar deyib-gülür, şənlənir, mahnı və şeirlər
oxuyur, rəqs edirlər. Şaxta Baba və Qar qız yeni il şənliklərini daha da
şənləndirir, körpə fidanlara hədiyyələr verirlər. Bu
gün 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il
münasibətilə Qazax şəhər 1 saylı körpələr evi-uşaq bağçasında da bayram şənliyi
keçirilib. Fəaliyyətə
başladığı ilk gündən körpə balaların sağlam mühitdə böyüməsi, gözəl və yüksək
şəraiti olan bağçalarda təlim-tərbiyə olunmaları üçün əlindən gələni
əsirgəməyən rayon rəhbərliyi bu bayramda da körpə fidanları təbrik edib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov və Milli Məclisin deputatı Ülviyyə Ağayeva 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə bağçada təşkil olunmuş bayram şənliyində
iştirak edərək uşaqlara, onların tərbiyəçilərinə ən xoş
təbriklərini çatdırıblar. Bu bağçada da uşaqlar rayon rəhbərini və qonaqları böyük sevinc
hissi ilə qarşılayıblar. Bayram şənliyində iştirak edən Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov qarşıdan gələn yeni il münasibətilə bütün
balaları təbrik edib, onlara ən səmimi arzularını bildirib.
İcra başçısı qeyd edib ki, Azərbaycanda
uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil
Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevir,
onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı,
onların yaxşı təhsil və tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi
böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur. Ulu öndərin yaratdığı və nəsillər
üçün miras qoyduğu ənənələr bu gün isə Respublika Prezidenti İlham Əliyev və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Biz bu
qayğını respublikamızda tikilərək körpə balaların istifadəsinə verilən saysız-hesabsız
məktəb binalarından, uşaq bağçalarından aydın şəkildə görürük. Rayon rəhbəri qeyd edib ki, son illər Qazaxda azyaşlı körpələrə göstərilən diqqət
və qayğıdan danışıb, onların sağlam, hərtərəfli və düzgün böyüməsi,
təlim-tərbiyə olunması üçün hər cür şərait yaradıldığını bildirib. Rayonda olan 25 bağçadan 18-i müasir standartlara cavab
verən səviyyəyə çatdırılması bunun əyani sübutudur. Şəhər bağçalarından -
1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi
köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd
2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı
kənd 2 saylı körpələr evi-uşaq
bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları bu
dövlətimiz və dövlət başçımız tərəfindən uşaqlara olan qayğının bölgələrimzidə
də olduğu kimi icra edilməsi deməkdir. Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının
da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün
rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli,
Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində 1
bağçanın da təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Bu gün rayonda
uşaqlara və bağçalara göstərilən diqqət və qayğının, istər bağçalardakı ərzaq
təminatının, istərsə də yaradılan şəraitin ən yüksək səviyyədə olduğunu qeyd
edib.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva öz
çıxışında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə
bütün körpələri, müəllimləri təbrik edib, onlara xoş arzularını bildirib. Qeyd
edib ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyeva tərəfindən uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Sevinirəm
ki, ölkə başçısının uşaqlara olan qayğısı bölgələrimizdə də aydın görünür. Qazaxda
körpələr evi-uşaq bağçalarında yaradılan şərait və uşaqlara olan qayğı isə göz
qabağındadır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər
kimi təyin olunduğu ilk gündən hər bir körpəni öz doğma nəvəsi kimi sevməsi,
onların gözəl bağçalarda təlim-tərbiyə almaları üçün həyata keçirdiyi məqsədyönlü
işlər, tikilərək istifadəyə verilən saysız-hesabsız uşaq bağçaları rayonda körpələrə
olan qayğının ən bariz nümunəsidir. Bağça müdiri İradə Mustafayeva çıxış edərək bildirib
ki, bu gün bizim üçün ikiqat bayramdır. Ona görə ki, bu gün bizim bağçamızın
yeni binasının istifadəyə verilməsinin 1 ili tamam olur. Həm də ona görə
sevinirik ki, bu gün biz ölkə başçısının ad günündə belə bir şənliyə
toplaşımışıq. Qazaxda böyüməkdə olan gənc nəslə göstərilən diqqət və qayğıdan
danışan bağça müdiri Respublika Prezidenti İlham Əliyevə, fəaliyyətə başladığı
ilk gündən körpə fidanlara olan sonsuz qayğısına görə Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşova valideynlər, müəllimlər, tərbiyəçilər adından öz dərin
minnətdarlığını bildirib. Bu gün rayondakı bütün körpələr evi-uşaq bağçalarında
uşaqların sağlam və qayğısız böyümələri üçün hər cür şərait yaradıldığını qeyd
edib. Sonra söz uşaqlara verilib. Bir-biridən rəngarəng çıxışlar, səhnəciklər
bayram şənliyinə əsl bayram əhval-ruhiyyəsi qatıb. Körpə fidanların dilindən
söylənilən Vətənə, xalqa, anaya, məktəbə, bağçaya, şəhidlərə həsr olunmuş şeirlər
alqışlarla qarşılanıb. Şaxta baba ilə Qar qızın şənliyə qatılması uşaqların
böyük sevincinə səbəb olub. 2018-ci ili uğurla yola salan körpə fidanlar
2019-cu ili sevinclə qarşılayıblar. Sonda uşaqlara bayram süfrəsi açılıb. Tədbir xatirə
şəkillərinin çəkilməsi ilə başa çatıb. GOYEZEN.AZ
<!--
[if !supportLineBreakNewLine]
-->
<!--
[endif]
-->
Facebook-da paylaş