Çoxmənzilli binalarda son tamamlanma işləri görülür
Bu gün Qazaxda
həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinin sırasında rayonda
olan çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasına da üstünlük verilir.
Ölkə başçısının rayonda çoxmənzilli binaların əsaslı şəkildə təmir
olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamının son 2
il 4 ay ərzində uğurla icra edilməsi bunu söyləməyə əsas verir. Bu məqsədlə
ötən il rayonda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunaraq
sakinlərin istifadəsinə verilməsi, bu il isə daha 85 ədəd çoxmənzilli yaşayış
binalarında əsaslı təmir işlərinin aparılması bunun bariz nümunəsidir. Rayon
rəhbərliyinin tapşırığına əsasən nəzərdə tutulan həmin binalardan 74-nün dam örtüyünün
dəyişdirilməsi bu istiqamətdə görülən işlərin uğurla həyata keçirilməsi
deməkdir.
Bu il təmiri
nəzərdə tutulan həmin çoxmənzilli binalardan artıq 15-i tam hazırdır.
"Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı
2,3,4,5 saylı, N.Nərimanov yaşayış massivində yerləşən
13,31,32,41,42,43,44,45,46,47,48 saylı çoxmənzilli yaşayış binaları həmin tam
təmirli binalar sırasındadır.
Hazırda Heydər
Əliyev prospektində yerləşən 3,4 və 5 mərtəbəli 61A, 63, 65 saylı, eləcə də
"Gillik” adlandırılan ərazidə, Ə.Şıxlinski küçəsində olan 4 və 5 saylı beşmərtəbəli
yaşayış binaları da əsaslı şəkildə təmir olunur. Demək olar ki, bütün
binalarda əsas işlərin çox hissəsi görülüb. Təmir aparılan bütün binaların
bloklarında divarlarda olan köhnə suvaqlar çapılaraq yenidən vurulub. Daxili
fasadla yanaşı, binanın xaricində də suvaq işləri aparılıb, göz oxşayan
rənglərlə boyanıb. Bundan əlavə, binaların giriş hissələrinə yeni dəmir qapılar
qoyulub. Elektrik və telefon xətləri səliqəyə salınıb. Binaların həyətində
köhnə işıq dirəkləri yenisi ilə əvəz olunub və SİP kabelləşmə işi aparılıb. 4 və 5 saylı binaların dam örtükləri də yenilənib.
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ə.Şıxlinski küçəsində son tamamlanma
işləri aparılan çoxmənzilli binalarda olub, görülən işlərlə maraqlanıb.
Görülən işlərlə
tanış olduqdan sonra rayon rəhbəri hər bir binanın qarşısına asfalt vurulmasını
və oturacaqlar qoyulmasını bildirib. Həmçinin, işlərin sürətlə və keyfiyyətlə
aparılmasını bildirərək tapşırıq və tövsiyələrini verib.
Bina sakinləri
səmimi ürək sözlərini çatdıraraq respublikamızda, eləcə də Qazax rayonunda
görülən genişmiqyaslı işlərə, xüsusilə də çoxmənzilli binaların yüksək
səviyyədə təmir olunmasına görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.
Ölkə başçısının imzaladığı Sərəncamın rayonda olduğu kimi icra edilməsini
yüksək qiymətləndiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş