Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini
ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.
Ağköynək kənd
sakini Abdullayeva Aygün Allahverdi qızının evinə internet xəttinin çəkilməsi
barədə müraciətini dinləyən rayon rəhbəri rəsmi qaydada ərizə ilə müraciət
etməsini və növbəyə yazılmasını bildirib. Həmin əraziyə xətt çəkilən zaman
baxılacağını qeyd edib.
Şəhər sakini Namazov
Bayram Yaşar oğlu işlə təmin olunmasına köməklik göstərilməsi barədə müraciət
edib. Vətəndaşa yaxın zamanda yarancaq hər hansı bir müəssisədə işlə təmin
edilməsinə köməklik göstəriləcəyi bildirilib və məsələnin nəzarətə alınması
tapşırılıb.
Şəhər sakini
Qocayeva Çimnaz Abdulsalam qızı mənzillə təmin olunmasına köməklik
göstərilməsini bildirib. Vətəndaşın müraciətini diqqətlə dinləyən icra başçısı boş
yer yarandığı zaman baxılacağını qeyd edib.
Şəhər sakinləri Məmmədova Fəridə Əli qızının, Qalhuşko Tatyana
Sergeyevnanın, Bağanıs Ayrım kənd sakinləri Musayeva Südabə Mehdi qızının, Poladov
Heydər Abbas oğlunun, Daş Salahlı kənd sakini Əliyev Yolçu Yolçu oğlunun,
Kəlbəcər rayon sakini Orucov Nazim Şahmar oğlunun müxtəlif səpkili müraciətləri
də müvafiq olaraq cavablandırılıb. GOYEZEN.AZ
Facebook-da paylaş