• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

 

Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşları rəsmi qəbul günlərindən başqa, digər günlərdə də fərdi şəkildə qəbul edir, müraciətlərini diqqətlə dinlədikdən sonra müvafiq tapşırıqlar verir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, onların müraciətlərini dinləyib.

Şəhər sakini, II qrup Qarabağ Müharibəsi əlili Civişov Surxay Xanbaba oğlu oğlunun sığınacaqla təmin olunması barədə müraciət edib. Vətəndaşın müraciətini diqqətlə dinləyən rayon rəhbəri gələcəkdə onun müraciətinə yenidən baxılacağını bildirib. Ürkməzli kənd sakini Oruclu Aytəkin Rasim qızının işlə təmin olunması barədə müraciətini dinləyən icra başçısı vətəndaşa dövlət qulluğuna imtahan verməsini tövsiyə edib.
Şəhər sakini Xasayeva Kəmalə Saleh qızının, Daş Salahlı kənd sakini Bayramova Hənifə Bayram qızının işlə təmin olunması ilə bağlı müraciətinə cavab olaraq ixtisaslarına uyğun iş olmadığı və boş yer olan zaman işlə təmin olunacaqları bildirilib. 

Fərdi qəbula gələn şəhər sakini Babayeva Naibə Mahmud qızı isə evinin dam örtüyünün təmir olunmasına və digər abadlıq işlərinin aparılmasına köməklik göstərdiyi üçün rayon rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, sizin hər bir rayon sakininə qayğı ilə yanaşmağınız, onların müraciətlərini dinləməyiniz onu bir daha sübut edir ki, Qazaxda vətəndaş amili həmişə üstün tutulur.




GOYEZEN.AZ


 



Facebook-da paylaş