• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşları rəsmi qəbul günlərindən başqa, digər günlərdə də fərdi şəkildə qəbul edir, onların müraciətlərini diqqətlə dinlədikdən sonra müvafiq tapşırıqlar verir.

Bu gün də rayon rəhbəri bir qrup vətəndaşı ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.

Barxudarlı kənd sakini, məcburi köçkün İsmayılov Amil David oğlu əvvəl yaşadığı ünvanda olan qaz və elektrik sayğacındakı sərfiyyatların həmin ünvandan köçdükdən sonra onun adına hesablanması ilə bağlı müraciət edib. Vətəndaş rəsmi müraciət etməsinə baxmayaraq hələ də məsələnin həll olunmadığını qeyd edib. Rayon rəhbəri vətəndaşı diqqətlə dinlədikdən sonra qaldırılan məsələnin ətraflı şəkildə araşdırılmasını tapşırıb.

Şəhər sakini Əliyev İlham Babaş oğlunun sığorta məsələsi ilə bağlı müraciətinə sənədlərinin alınaraq ətraflı şəkildə araşdırılacağı cavabı verilib.

Ağköynək kənd sakini, Qarabağ müharibəsi veteranı Vəliyev Ənvər Elman oğlu həyətynı torpaq sahəsi və övladı Vəliyeva Ülviyyə Ənvər qızın oxuduğu universitetdə yataqxana ilə təmin olunmasına köməklik göstərilməsi barədə xahiş edib. Rayon rəhbəri vətəndaşın torpaq məsələsi ilə bağlı müraciətinə dövlət rüsumunu ödəyərək torpaqla təmin olunmasını, eyni zamanda güzəşt varsa, ona da köməklik göstərilməsini tapşırıb. Qızının məsələsi ilə bağlı araşdırılmasını bildirib.

Yuxarı Əskipara kənd sakini İsayeva Kamilə Telman qızının mənzillə təmin olunma ilə bağlı müraciətinə isə xəstəxana binalarında boş yer yaranan zaman kömək olunacağı barədə məlumat verilib.

Aşağı Əskipara kənd sakini, şəhid ailəsi Kərimova Elmira Şahmar qızının evinin təmir olunması ilə bağlı müraciətinə növbə ilə kömək göstəriləcəyi, şəhər sakini, II qrup Qarabağ müharibəsi əlili Kazımov Oktay Ziyaddın oğlunun qızının işlə təmin olunması ilə bağlı müraciətinə övladı ilə birlikdə növbəti dəfə qəbula gəlməsi bildirilib.

Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib
GOYEZEN.AZ


Facebook-da paylaş