Yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilib » Göyəzən internet portalı


Yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilib

Yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilib
Qazax rayon İcra Hakimiyyətinin və "Turan bank" ASC-nin birgə təşkilatçılığı və sponsorluğu ilə Olimpiya İdman Kompleksində yeniyetmələr arasında açıq rayon turniri keçirilib.

Turnir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.
Yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilib
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən açıq rayon turnirini SSRİ idman ustası, əməkdar məşqçi, yarışın baş hakimi Sahib Namazov açıb.

Qazax RİHB aparatında şöbə müdirinin müavini Məhəmməd Orucov, SSRİ idman ustası, əməkdar məşqçi, Prezident təqaüdçüsü Kamal Əhmədov, "Turan bank" ASC-nin İdarə Heyətinin sədr müavini Məhəmməd Kələşov və rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu dövrlərdə idman sahəsinə, idmançılarımıza göstərdiyi diqqət və qayğısından, bu sahədə həyata keçirilmiş tədbirlər və görülmüş işlərdən danışıblar.
Yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilib
Qeyd ediblər ki, həmin siyasət bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir və idmanın maddi-texniki bazası gündən-günə möhkəmləndirilir. İdman sahəsində qazanılmış nailiyyətlər və əldə olunmuş uğurlar, eləcə də Qazax rayonunda idmanın inkişafına göstərilən diqqət və qayğı bu söylənilənlərin ən bariz nümunəsidir.
Yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilib
Yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilib
Onu da qeyd edək ki, yarışda Gəncə şəhərindən, Ağdam, Bərdə, Qəbələ, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından, ümumilikdə 246 nəfər idmançı qələbə uğrunda mübarizə aparıb. Onlardan 60 nəfəri qalib olub və mükafatlandırılıblar.

GOYEZEN.AZ


Facebook-da paylaş