Qazax Rayon Heydər Əliyev Mərkəzində “Şuşa bizim milli sərvətimizdir” başlığı altında tədbir təşkil olunub
Respublika
Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən
2022-ci ilin "Şuşa İli” elan edilməsi ilə əlaqədar respublikamızın hər
yerində olduğu kimi, Qazax Rayon Heydər Əliyev Mərkəzində də silsilə tədbirlər
keçirilir. Növbəti
tədbir mayın 26-da "Şuşa bizim milli sərvətimizdir” başlığı altında təşkil
olunub. Tədbirdə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin
müəllimi Zəminə Mustafayeva, Solmaz Həsənova və 3-cü sinif şagirdləri iştirak ediblər.
Tədbiri
giriş sözü ilə açan Mərkəzin direktoru Ceyhunə Hüseynova 2022-ci ilin "Şuşa İli”
elan edilməsi haqqında məlumat verib, tədbirin əhəmiyyətindən danışıb.
C.Hüseynova Şuşanın tarixi, mədəniyyəti haqqında danışaraq bildirib ki, böyük
strateji əhəmiyyətə malik olan və gələcəkdə bütün Qafqazın sənət məbədi,
Zaqafqaziyanın konservatoriyasına çevrilən qala-şəhər inşa edildi və çox keçmədən
bu şəhər özünün xalçası, ipəyi, parçası, sənətkarları, musiqiçiləri, təbiəti
ilə Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətli mərkəzinə çevrildi.
Azərbaycan musiqisinin beşiyi, Qarabağın döyünən ürəyi, vətənimizin dilbər
guşələrindən biri olan Şuşa hər daşı, hər parçası bir tarix olan xalqımızın
yaratdığı böyük bir tarixi abidəyə çevrildi və Heydər Əliyevin sözləri ilə
desək "Təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün Vətənini, millətini
sevən hər bir vətəndaşımız üçün əziz bir şəhər, əziz bir torpaq, əziz bir qala,
əsər, bir abidə oldu”. 1992-ci ildən başını duman alan Şuşa dağları 28 ildən
sonra yenidən muğamın ahənginə büründü. 28 illik işğal cəmi 44 günə sona
çatdırıldı. Torpaqlarımızın və ərazi bütövlüyümüzün bərpası uğrunda 2020-ci il
sentyabrın 27-dən başlayan Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham
Əliyev və qətiyyətli ordumuz tərəfindən 44 gün davam edən uğurlu savaşla
düşməndən azad edildi, tarixi ədalət bərpa olundu. 2021–ci il 7 may tarixli
Sərəncamla Şuşa şəhəri yenidən öz missiyasını həyata keçirməyə başladı.
Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Beləliklə, Ulu Öndərin ən böyük
hədəflərindən olan Şuşanın bərpası, Azərbaycan mədəniyyətində öz layiqli yerini
alması arzusu məhz dahi şəxsiyyətin siyasi kursunun davamçısı İlham Əliyev
tərəfindən reallaşdırıldı. Çünki Azərbaycanın mədəniyyət ruhunun mərkəzi olan
Şuşanın qorunması, inkişafı Ulu Öndərin hər zaman diqqətində olmuşdur. Məhz
onun təşəbbüsü ilə Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət
xadimlərimizin xatirələrinin əbədiləşdirilməsi istiqamətində misilsiz işlər
görülmüşdür. İllər sonra Şuşada Cıdır düzündə Heydər Əliyev Fondu tərəfindən
təşkil edilmiş "Xarı bülbül” festivalının keçirilməsi, Vaqifin məqbərəsinin
bərpası, 80-ci illərdə tikilmiş "Qarabağ” mehmanxanasının təmiri və başqa
bərpa-quruculuq işləri Heydər Əliyev siyasətinin uğurlu davamı və müqəddəs "Ata
vəsiyyəti”nin şərəflə, ləyaqətlə yerinə yetirilməsidir. İllər sonra Şuşaya
Azərbaycan ruhu qayıdıb, Şuşada Azərbaycan bayrağı dalğalanır.
Qazax
Dövlət Sosial-İqtisadi Kollecin I kurs tələbəsi Səma Aslanova çıxış edərək
bildirib ki, Şuşa coğrafi baxımdan əhəmiyyətli olduğu qədər, həm də Azərbaycan
mədəniyyətinin beşiyidir. Azərbaycan və dünya mədəniyyət tarixinə musiqi,
rəssamlıq, memarlıq sahəsində görkəmli sənətkarlar və şedevrlər bəxş etmiş
mədəniyyət xəzinəsidir. Millətinə və ölkəsinə şöhrət gətirən, ziyası bu gün də
əbədi işıq saçan minlərlə görkəmli şəxsiyyətin pərvazlandığı cənnətməkandır.
Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyli elmin, mədəniyyətin, maarifin
inkişafında silinməz izlər qoyaraq adlarını tarixə yazan Bədəlbəylilər, Bülbül,
Süleyman Ələsgərov Azərbaycan mədəniyyətinin inkişafında özünəməxsus fəaliyyət
göstərmiş görkəmli bəstəkar, Xalq artisti, professor Əşrəf Abbasov, Q.Zakir,
X.Natavan, M.M. Nəvvab, N.Vəzirov, C.Qaryağdıoğlu, Ə.Haqverdiyev, Həmidə xanım,
Cavanşir Xan, Şuşinski, Lətif Kərimov ədəbi-bədii fikrin formalaşmasında böyük
rol oynayan Şuşanın görkəmli şəxsiyyətlərindəndirlər. İncəsənətimizin poeziya
və musiqimizin mərkəzlərindən olan Şuşa 270 illik tarixi boyunca məhz bu
görkəmli şəxsiyyətlər sayəsində dünya incəsənəti xəzinəsini zənginləşdirmiş və
yaddaşlarda hələ də mədəniyyət mərkəzi olaraq qalmışdır. XIX əsrin 40-cı
illərindən başlayaraq teatr, musiqi məktəbləri, XX əsrin əvvəllərindən daha
sistematik və peşəkar təhsil ocaqları, musiqi və incəsənət ocaqları,
mədəni-maarif kiçik mətbəə, ilk kitabxana inkişaf edərək nəinki, Qarabağın, bütünlükdə
Qafqazın mədəniyyət beşiyinə çevrilmişdir.
Qazax şəhər
Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllimi Zəminə Mustafayeva
çıxış edərək Şuşanın düşməndən azad edilməsi zamanı qəhrəmanlıq göstərərək Şəhidlik
zirvəsinə yüksəlmiş Vətən oğullarının xatirəsi qarşısında ehtiramını bildirib,
həmçinin qazilərimizə sağlamlıqlarına qovuşmalarını arzu edib. Sonra söz
məktəblilərə verilib. Şagirdlərdən Ayan Süleymanova, Ləman Cəfərova, Maya
Hacıyeva, Aylin Qəhrəmanova, Mirsaleh Məmmədli, Tuncay Ramazanlı, Gülay
Mustafazadə, Əsma Qəhrəmanova, Amin Allahverdiyev Şuşa
haqqında şeirlər səsləndirib, ədəbi-bədii kompozisiya təqdim ediblər. GOYEZEN.AZ
Facebook-da paylaş